İnsanlara hürriyət, millətlərə istiqlal!

Bölgə cəhənnəmə döndü - “İskəndər” və S-300-ləri işə saldılar

2615 31.12.2023 10:15 Dünya A A

Son sutka ərzində Rusiya və Ukrayna qüvvələri arasında 54 toqquşma baş verib.

Bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.

Baş Qərargah bildirir ki, Rusiya X-59, “İskəndər” və S-300 raketləri, eləcə də artilleriya sistemləri ilə yaşayış məntəqələrini vurub, nəticədə mülki əhali arasında ölən və yaralananlar var. Eyni zamanda qeyd olunur ki, Rusiya gecə saatlarında Ukrayna ərazisini İran PUA-ları (“Şahid”) ilə hədəfə alıb. Hücum zamanı qarşı tərəfin 21 PUA-sı məhv edilib.

Ukrayna ordusu son sutka ərzində Kupyan və Sinkivkada rus qoşunlarının 8 hücumunun qarşısını alıb. Liman istiqamətində 2 belə cəhd dayandırılıb.

Boqdanivka, Klişivka və Andrivka yaxınlığında rusların 9 hücumu dəf edilib.

Rusiya ordusu Avdiv şəhərini mühasirəyə almaq cəhdlərini dayandırmır, Ukrayna müdafiəni möhkəm saxlayır. Ötən sutka ərzində Ukrayna qüvvələri Stepovoy, Avdiv, Pervomaysk və Nevelski yaxınlığında ümumilikdə 18 hücumu dayandırıb. Rusların Marin, Novomixaylivka, Xerson, Şaxtyor və Zaporoje istiqamətlərindəki hücumları da dəf edilib./Teleqraf.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR