İnsanlara hürriyət, millətlərə istiqlal!

“Bodrumspor”un əleyhdarları komandanın qaldığı otelə basqın ediblər - VİDEO

616 24.05.2022 03:18 İdman A A

TFF 2-ci Liqasında “Bayburt Özel İdare Spor”la “Bodrumspor” arasında keçiriləcək pley-off cavab matçı öncəsi qorxulu anlar yaşanıb. “Bodrumspor”un qaldığı otelin qarşısına gələn “Bayburt Özel İdare Spor” azarkeşləri otelə girməyə cəhd ediblər.

TFF 2-ci Liqa pley-off yarımfinal mərhələsinin ilk matçında “Bodrumspor”, “Bayburt Özel İdare Spor”u 3:1 hesabı ilə məğlub edib. Qısamüddətli gərginlik yaşanan matçın davamında “Bodrumspor” cavab oyunu üçün Bayburta yollanıb.

Axşam saatlarında çoxlu sayda bayburtlu azarkeş “Bodrumspor” komandasının qaldığı otelə gəlib. “Bodrumspor”a və yaşıl-ağ forma geyinmiş futbolçulara qarşı təhqiramiz şüarlar səsləndirən azarkeşlər siqnal verərək və otelin qarşısına partladıcı maddə atıblar. Futbolçuların yatmağa getdiyi saatda otelin ətrafına toplaşan azarkeşlərə polis müdaxilə edib.//Oxu.az

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR