İnsanlara hürriyət, millətlərə istiqlal!

BMT ukraynalılar üçün 4,2 milyard dollar istədi

293 15.01.2024 13:49 Dünya A A

BMT donorlardan 2024-cü ildə Ukraynada müharibədən əziyyət çəkən əhaliyə, ukraynalı qaçqın və onları qəbul edən icmalara humanitar yardım göstərmək üçün 4,2 milyard dollar ayırmağı xahiş edib.

Musavat.com xəbər verir ki, Humanitar Məsələlərin Koordinasiyası İdarəsi (OCHA) və Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığının (UNHCR) birgə bəyanatına əsasən, dəstək tədbirləri 10 milyondan çox insanı əhatə etməlidir.

Cenevrədə yayılan brigə bəyanatda deyilir ki, BMT və onun tərəfdaşları “Ukraynadakı müharibədən zərər çəkmiş icmalara, eləcə də ukraynalı qaçqınlara və onların bölgədəki icmalarına dəstək olmaq üçün donorlardan ümumilikdə 4,2 milyard dollar istəyib”. Ümumilikdə, söhbət “Ukraynada və regionda təxminən 10,8 milyon insana” yardım göstərməkdən gedir.

Dünya təşkilatı izah edib ki, Ukrayna daxilində humanitar ehtiyaclara cavab OCHA tərəfindən əlaqələndirilir və bu il 8,5 milyon insan üçün müvafiq yardım planının həyata keçirilməsinə 3,1 milyard dollar lazımdır. BMT QAK isə öz növbəsində 2,3 milyon ukraynalı qaçqına dəstək verilməsini əlaqələndirir. 2024-cü ildə bu məqsədlər üçün 1,1 milyard dollar vəsaitin ayrılması planlaşdırılır.

BMT-nin məlumatına görə, Ukraynada 14,6 milyon insanın humanitar yardıma ehtiyacı var. Təxminən 6,3 milyon insan ölkəni tərk edib. Ukraynalı qaçqınların əksəriyyəti Avropadadır, halbuki “onların yalnız 40-60 faizi işləyir, çox vaxt öz ixtisaslarından aşağı işlərdə və bir çoxları yaşayış vasitələri olmadan həssas olaraq qalır”.

BMT-nin Qaçqınlar üzrə Ali Komissarı Filippo Qrandi humanitar planın yayımlanması ilə bağlı bildirib ki, “bütün qaçqınlara kömək göstərilməli və vəziyyət imkan verdikdə onları könüllü geri qayıtmağa hazırlamaq üçün istedadlarından istifadə etmək və inkişaf etdirmək imkanı verilməlidir”.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR