İnsanlara hürriyət, millətlərə istiqlal!

BMT Təhlükəsizlik Şurası husilərə qarşı sanksiyaları BİR İL DAHA uzatdı

557 17.11.2025 03:14 Dünya A A

Musavat.com xəbər verir ki, BMT Təhlükəsizlik Şurası Yəməndəki husilərə tətbiq edilən sanksiyaları 14 noyabr 2026-cı ilədək uzadıb. Səsvermə zamanı 13 ölkə qərarı dəstəkləyib, Rusiya və Çin isə bitərəf qalıb.

Qərara əsasən:

husilərin yüksək rütbəli nümayəndələrinə qarşı maliyyə sanksiyaları və səyahət qadağası qüvvədə qalır;

qadağalar bütövlükdə bütün husi qruplaşmasına şamil olunur;

BMT Şurası husilərin infrastruktur və mülki obyektlərə, o cümlədən ticarət və yük gəmilərinə hücumlarını kəskin şəkildə pisləyir;

qruplaşmaya qarşı silah embarqosunun sərtləşdirilməsi tələb olunur.

Qəbul edilən yeni rezolusiya bölgədə təhlükəsizlik risklərinin artdığı bir vaxtda gündəmə gəlib. 

 

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR