İnsanlara hürriyət, millətlərə istiqlal!

BMT nüfuzunu belə itirdi - RƏY

857 13.10.2023 12:30 Siyasət A A

“BMT-nin Bakı ofisi Azərbaycanda akkreditə olunduqdan sonra daim Azərbaycan dövləti ilə sıx əlaqələr qurub. Təbii ki, BMT-nin Bakı ofisi tapşırıqları mərkəzi ofisdən alır. Azərbaycan torpaqları işğala məruz qaldığı dövrdə dövlətimizin ardıcıl tələblərinə baxmayaraq, nə BMT, nə də UNESCO-nun müvafiq institutları Azərbaycana gəldilər. Onlar işğal edilmiş ərazilərə belə buraxılmırdılar, yəni BMT bu məsələdə qətiyyətsizlik göstərdi. Təşkilat Azərbaycanın mədəni, dini irsinin, mülkiyyətinin, şəhərlərimizin və kəndlərimizin məqsədyönlü şəkildə dağıdılmasının şahidi olmaq istəmədi”.

Bu fikirləri Musavat.com-a Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri, hüquq üzrə fəlsəfə doktoru Çingiz Qənizadə oktyabrın 12-də BMT-nin Beynəlxalq Ədalət Məhkəməsində “Ermənistan Azərbaycana qarşı” işi üzrə dinləmələri şərh edərkən deyib.

CİNGİZ SON.jpg (299 KB)

O xatırladıb ki, Azərbaycanın haqlı tələblərinə əhəmiyyət verilmədiyi üçün dəfələrlə narazılıqlar olub:

“Azərbaycan ərazilərini işğaldan azad etdikdən, suverenliyini bərpa etdikdən sonra BMT nümayəndələri Qarabağa gəlmək istəyirlər, yeni hesabatlar hazırlamaq niyyətindədirlər. Azərbaycanın əraziləri işğal altında olduğu, 1 milyon qaçqın və məcburi köçkünümüzün olduğu illərdə abidələrimizin, məscidlərimizin dağıdılmasını, erməni işğalının və vandalizminin nəticələrini görmək istəməyən BMT yenidən bəzi dövlətlərin təzyiqləri nəticəsində Qarabağa gəlib araşdırma aparmaq istəyir. Hesab edirəm ki, Ermənistanın BMT-ni işğal edilən ərazilərə buraxmamasına görə məsuliyyət həm də bu təşkilatın üzərinə düşür. Çəkinmədən Azərbaycanda monitorinq keçirmək istəyirlər. Bəzi məsələlərdə BMT tərəfindən Azərbaycana qarşı diskriminasiya xarakterli fikirlərin şahidi olmuşuq. Hesab edirəm ki, BMT artıq nüfuzunu itirib. Avropa Şurasının ötən gün müzakirələr zamanı beynəlxalq institutların nüfuzunun geri qaytarılması ilə bağlı məsələni gündəmə çıxarması da bunun bariz sübutudur. Lazım gəldikdə bəzi dövlətlərin təhriki, tələbi ilə tələsik toplaşaraq qərarlar və qətnamələr qəbul edirlər. Azərbaycan dövləti öz ərazilərində digər dövlətlər kimi konstitusion hüququnu bərpa edib. Heç bir etnik azlığın ölkədən çıxarılmasından söhbət gedə bilməz.

Azərbaycan sərhədləri Qarabağdan gedən ermənilər üçün açıqdır. Son qərarı özləri verəcəklər. Digər dövlətlər ərazimizdə hər hansı missiya həyata keçirməklə Azərbaycana təzyiq etmək istəyirlərsə, bu, başadüşülən deyil, eyni zamanda mənasızdır”.

Nigar HƏSƏNLİ
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR