İnsanlara hürriyət, millətlərə istiqlal!

BMT-nin baş katibi: "36 ölkə buğdanın yarıdan çoxunu Rusiya və Ukraynadan idxal edir"

548 14.04.2022 04:00 İqtisadiyyat A A


Dünyada ümumilikdə 1,7 milyard insan ərzaq təchizatı, enerji və maliyyə sistemindəki mövcud fasilələr səbəbindən ciddi çətinliklər yaşayır.

"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə BMT-nin baş katibi Antoniu Quterreş məlumat verib.

Quterreş deyib ki, 1,7 milyard insanın üçdə biri artıq yoxsulluq içində yaşayır.

Onun sözlərinə görə, artıq qiymətlər qalxıb, böhran vəziyyəti daha da gərginləşdirib.

“Buğda və qarğıdalının qiymətlərində böhranın əvvəlindən dəyişkənlik qeydə alınıb və hazırda ilin əvvəli ilə müqayisədə 30% bahadır”, - BMT-nin Baş katibi vurğulayıb.

Quterreş qeyd edib ki, eyni vəziyyət son aylarda 50% bahalaşan təbii qazın qiymətində də müşahidə olunur.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR