İnsanlara hürriyət, millətlərə istiqlal!

BMT: Milyonlarla əfqanıstanlı aclıqdan əziyyət çəkir

351 29.12.2023 10:28 Dünya A A

Milyonlarla əfqanıstanlı aclıqdan əziyyət çəkir, ölkə əhalisinin üçdə birinin qidaya çıxışı yoxdur.

“Report”un BMT-nin saytına istinadən verdiyi məlumata görə, ailələr aclıq probleminin ən kəskin olduğu sərt qış aylarına - xüsusilə qar və buzla əhatə olunmuş dağlıq ərazilərdə hazır deyillər.

Təşkilat qeyd edib ki, 2023-cü ilin yanvar-noyabr aylarında BMT-nin Ümumdünya Ərzaq Proqramı (ÜƏP) Əfqanıstanda 18,4 milyon insana yardım edərək 559 min tondan çox ərzaq paylayıb.

BMT-nin verilənlərinə əsasən, son altı ayda ÜƏP İslam İnkişaf Bankı (İİB) tərəfindən idarə olunan Əfqanıstan Humanitar Etimad Fondunun 3,2 milyon dollarlıq qrantı sayəsində 230 000-ə yaxın həssas əfqanıstanlı həyati vacib yardımla təmin edilib.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR