İnsanlara hürriyət, millətlərə istiqlal!

BMT-dən Türkiyə ilə bağlı önəmli qərar

1166 27.03.2023 18:28 Son xəbər A A

BMT Baş Assambleyasının verdiyi qərara əsasən, 30 mart artıq bütün dünyada Beynəlxalq Sıfır Tullantı Günü kimi qeyd olunacaq. 2022-ci ildə Türkiyə iqlim dəyişikliyi ilə mübarizə və davamlı inkişaf planları yaratmaq üçün Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş Assambleyasına təklif təqdim etmişdi.

BMT Baş Assambleyası Türkiyəni əsas server, digər 105 ölkəni isə ortaq server olduğu Beynəlxalq Sıfır Tullantı Günü elan edib.

Musavat.com Türkiyənin Azərbaycandakı səfirliyinə istinadən xəbər verir ki, Türkiyə Sıfır Tullantı layihəsi ilə dünyanın maraq mərkəzində olan bütün ekoloji və təbiəti mühafizə layihələrində nümunəvi ölkə kimi seçilir. Layihə tullantıların qarşısını almaq, resurslardan daha səmərəli istifadə etmək, tullantıların yaranması səbəblərini nəzərdən keçirməklə qarşısını almaq və ya minimuma endirmək, tullantıları mənbəyində ayrıca toplayıb təkrar emal etmək məqsədi daşıyır.

Sıfır tullantı fəlsəfəsi tullantıları həyatın bütün sahələrindən çıxarmağı hədəfləyir və israfsız mətbəx məhsulları istifadəsini tələb edir. Müasir şəraitdə zərurət olan tullantısız mətbəx nəsillər boyu türk mətbəxinin ayrılmaz hissəsi olub.

Türk mətbəxi tullantısız və dayanıqlı mətbəx tətbiqləri fəlsəfəsini qorumaqla yemək israfına yol verilməməsi prinsipinə əsaslanır, bitki və heyvan mənşəli məhsulların bütün elementlərindən faydalanmaq üçün həll yolları təqdim edir. Təbii və orqanik məhsullardan hazırlanan vegan və vegetarian mətbəxi uzun müddətdir ki, türk süfrələrinin olmazsa, olmazıdır. Türk mətbəxinin zəngin diapazonuna daxil olan, demək olar ki, hər növ yemək inqrediyentlər israf edilmədən hazırlanır. Məsələn, boyat çörəkdən çox növ yemək, pıov qalığından isə şorba və ya düyü piroqu hazırlanır. Dolma hazırlayarkən balqabağın və ya badımcanın içi çıxarılır, amma çıxarılan içlik heç vaxt atılmır, fərqli bir dada çevrilərək istifadə olunur. Böyük ailə məclislərində təqdim olunan ənənəvi yemək növləri illərdir bu torpaqlarda dayanıqlı və ahəngdar mövcudluğun əsasını təşkil edir.

Türkiyə eyni zamanda dünyanın bir nömrəli ətraf mühit və dayanıqlılıq platforması olan Qlobal Dayanaqlı Turizm Şurası (GSTC) ilə Milli Dayanıqlı Turizm Proqramı qurmaq üçün əməkdaşlıq müqaviləsi imzalayaraq dünyaya nümunə olub.

Müqavilə çərçivəsində növbəti üç ildə turizm sektorunun yenidən qurulmasını hədəfləyən Türkiyə, dünyada dayanıqlı turizm sahəsində hökumətlə birgə milli proqram hazırlayan və “qollarını çırmalayan” ilk ölkə oldu. Keçən il start verilən Proqramın məqsədi yerli əhali üçün sosial və iqtisadi faydaları maksimum dərəcədə artırmaq , mədəni irsi inkişaf etdirmək, biomüxtəlifliyi, ekosistemləri və təbii gözəlliyi qorumaqla yanaşı çirklənməni azaltmaq və resurslara qənaət etməkdir. Başlanğıcda qonaqlama yerləri üçün yaradılan Dayanıqlı Turizm Proqramı çərçivəsində 2030-cu ilə qədər mərhələli keçidin başa çatacağı gözlənilir. Qonaqlama yerləri effektiv dayanıqlı planlaşdırma əsasında ardıcıl olaraq dayanıqlılığı təkmilləşdirməyə təşviq edilir. Bu çərçivədə, Mədəniyyət və Turizm Nazirliyinin 15 noyabr 2022-ci il tarixli sərəncamına əsasən, Türkiyədəki bütün qonaqlama yerləri 2023-cü ilin sonuna qədər 1-ci Mərhələ Dayanıqlı Turizm Təsdiqini almalıdır.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR