İnsanlara hürriyət, millətlərə istiqlal!

BMT-də skandal başladı - SON DƏQİQƏ

1403 07.01.2024 11:10 Dünya A A

Birləşmiş Millətlər Təşkilatının (BMT) Qadınlar üzrə Baş Müavini Sara Duqlas Fələstinə dəstək verən postları səbəbindən BMT-nin davranış kodeksini pozub və buna görə yoxlanacaq.

Musavat.com xəbər verir ki, Fələstin tərəfdarı olduğuna görə tənqid edilən Duqlasla bağlı BMT-dən açıqlama verilib.

Açıqlamada qeyd olunub ki, Duqlasın sosial media fəaliyyətləri BMT personalının riayət etməli olduğu davranış standartlarına uyğun gəlmir.

Bəyanatda məsələ ilə bağlı “narahatlıqların” ciddiyə alındığı vurğulanıb və əlavə edilib: “Davranış standartları aydındır və pozuntular BMT-nin hüquqi çərçivəsinə uyğun olaraq həll edilir”.

Açıqlamada prosesin ictimaiyyətə açıqlanmayacağı qeyd olunub.

Qeyd edək ki, bundan əvvəl Duqlasın Fələstin tərəfdarı olduğu üçün vəzifəsindən uzaqlaşdırılacağı barədə xəbərlər yayılmışdı. Cenevrədə yerləşən BMT Monitorinq Təşkilatı keçən ay onun işdən çıxarılması üçün petisiya başlatmışdı. Təşkilat 27 dekabr 2023-cü il tarixinə qədər kampaniyada təxminən 5 min imzanın toplandığını açıqlamışdı.

Florida ştatından respublikaçı senator Rik Skott və Tennessi ştatından respublikaçı senator Marşa Blekbern Duqlasın istefaya göndərilməsini istəyib. BMT baş katibinin sözçüsü Stefan Dujarrik də Duqlasın öz postları ilə davranış kodeksini pozduğunu bildirib.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR