İnsanlara hürriyət, millətlərə istiqlal!

BMT-də Fransanın dünyanı nüvə müharibəsinə sürüklədiyi açıqlanıb

628 18.03.2024 22:06 Dünya A A

“Fransada güclənən məsuliyyətsiz ritorika dünyanı nüvə müharibəsi uçurumuna atmaq riski daşıyır”.

“Report” xəbər verir ki, bunu Rusiya Federasiyasının BMT-dəki daimi nümayəndəsinin birinci müavini Dmitri Polyanski deyib.

Onun sözlərinə görə, nüvə silahından istifadə şərtləri Rusiyanın nüvə doktrinasında açıq şəkildə ifadə olunub və Moskva buna ciddi əməl edir: “Təəssüf edirik ki, həqiqətən də nüvə ritorikasını qızışdıranlara, məsələn, nüvə silahı da daxil olmaqla, bütün hərbi vasitələrdən istifadəni elan edən ABŞ-ın müdafiə naziri Lloyd Ostinə qarşı bu gün bir qınama sözü eşidilməyib. 

60597c28-96bd-3392-b045-96c6c99d0def.jpg (229 KB)

Londonda nüvə düyməsini necə asanlıqla basmağa hazır olduğumuzu da xatırlayırıq. Biz həmçinin Parisdə dünyanı nüvə müharibəsi uçurumuna sürükləyən məsuliyyətsiz ritorikanın artdığını görürük”, - diplomat bildirib.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR