İnsanlara hürriyət, millətlərə istiqlal!

BMT Baş katibindən XƏBƏRDARLIQ: "Ukraynadakı müharibə dünyada kütləvi aclığa səbəb ola bilər"

293 19.03.2022 14:44 Gündəm A A

“Ukraynadakı müharibə artıq bütün tədarük zəncirlərini pozub və artıq yanacaq, ərzaq və nəqliyyat qiymətlərinin kəskin artmasına səbəb olub. Bu müharibə dünyada kütləvi aclığa və qlobal qida sisteminin dağılmasına səbəb ola bilər”.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, BMT Baş katibi Antoniu Qutteriş tvitter səhifəsində bu sözləri yazıb.

“Biz aclıq qasırğasının və qlobal ərzaq sisteminin çöküşünün qarşısını almalıyıq”,-deyə BMT Baş katibi bildirib.

Öz növbəsində Avropa Komissiyası da Ukraynanı özündə dəhşətli aclığın yaşana biləcəyi ilə bağlı ciddi xəbərdarlıq edib. Avropa Birliyinin Böhranların nizamlanması və humanitar yardım üzrə komissarı Yanez Lenerçiç “Welt am Sonntag” qəzetinə verdiyi müsahibədə Ukraynada insanların qiyamət şərtlərində yaşadığını, yemək, su, tibbi xidmət çatışmazlığının olduğunu diqqətə çatdırıb.

Ukrayna savaşı Afrika qitəsini də aclığa məhkum edə bilər. Belə ki, Ukrayna taxılı əsasən Yaxın Şərq və Afrikaya ixrac olunurdu. Məsələn son dövrlərdə Ukraynada yetişən qarığıdalı və buğdanın 40%-i məhz bu bölgələrə göndərilib.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR