İnsanlara hürriyət, millətlərə istiqlal!

“Bloomberg”: “Shell” Rusiyadan enerji resursları alır”

741 09.04.2022 20:34 İqtisadiyyat A A

İngiltərə-Niderland birgə müəssisəsi olan “Shell Plc” şirkəti Rusiya neftindən imtina etməsi haqqında bəyanatına baxmayaraq, məhsulların qarışdırılması sxemindən istifadə edərək Rusiyadan “qara qızıl” alışını davam etdirir.

“Report” UNİAN-a istinadən xəbər verir ki, bu barədə “Bloomberg” agentliyinin materialında deyilir.

Bildirilir ki, bu sxemin mahiyyəti alınan neft çəlləyinin içində 49,99%-i Rusiyada, 50,01%-i başqa ölkələrdə hasil edilmiş neftin olmasıdır. “Shell” hesab edir ki, bu halda yük texniki olaraq Rusiya mənşəli hesab olunmur.

Bu sxem, bir cür bəyanat verib, başqa cür hərəkət edən şirkətlər üçün əlverişli alətə çevrilib.

“Shell” şirkətinin bu sxemə şərait yaratmaq üçün müqavilələrinin ümumi müddəalarına dəyişiklik etdiyi deyilir.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR