İnsanlara hürriyət, millətlərə istiqlal!

Bloomberg: “Rusiyanın aktivlərinin müsadirəsi Avropa üçün ciddi nəticələr verəcək”

565 15.01.2024 15:19 Dünya A A

Qərbdə dondurulmuş Rusiya aktivlərinin mümkün müsadirəsi nəinki əks reaksiyaya, həm də maliyyə bazarlarının parçalanmasına səbəb ola bilər, bunun nəticələrinin əsas hissəsini Avropa öz üzərinə götürür.

Musavat.com xəbər verir ki, bu barədə yanvarın 15-də Bloomberg məlumat yayıb.

Bildirilir ki, Ukraynada müharibə başlayandan bəri Avropa ölkələri bir çox tabularını pozublar, Kiyevə silah və sursat göndərir, Rusiya qazını almır, Moskvaya qarşı görünməmiş iqtisadi sanksiyalar tətbiq edirlər.

Bloomberg qeyd edir ki, ABŞ bu gün dondurulmuş Rusiya aktivlərinin müsadirəsinə yol açacaq qadağanı pozmağa məcbur etmək üçün Avropaya təzyiqi artırıb. Müsadirə ideyasını dəstəkləyən Vaşinqton öz avropalı müttəfiqlərini çətin vəziyyətdə qoyur, çünki Rusiyanın 200 milyard dollarlıq aktivinin məhz Avropa yurisdiksiyalarında saxlanılır.

 “Aktivlərin müsadirəsi qisas, əks hərəkətlər və maliyyə parçalanması riskini artırır ki, bu da Qərbin iqtisadi sanksiyalar paketini gələcəkdə daha az təsirli edəcək. Bəziləri iddia edir ki, risk götürməyə dəyər, çünki ABŞ dolları istənilən halda dominant qalacaq, lakin avropalılar xərclərin ağır yükünü öz üzərlərinə götürməli olacaqlarından qorxurlar”, - agentliyin şərhində bildirilir.

Xatırladaq ki, yanvarın 10-da ABŞ prezidenti Co Baydenin administrasiyası Ukraynanın yenidən qurulması xərclərini ödəmək üçün Rusiyanın dondurulmuş 300 milyard dollara yaxın aktivlərini müsadirə etməyə imkan verən qanun layihəsini dəstəkləyib.

Ötən il dekabrın sonunda Rusiyanın maliyyə naziri Anton Siluanov isə bildirmişdi ki, Qərb Rusiyanın dondurulmuş aktivlərini müsadirə edərsə, Rusiya Federasiyası simmetrik cavab tədbirləri görəcək. O qeyd edib ki, ölkədə C hesablarında kifayət qədər dondurulmuş Avropa aktivləri, o cümlədən dost olmayan ölkələrin kontragentləri qarşısında dividend öhdəlikləri var.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR