İnsanlara hürriyət, millətlərə istiqlal!

“Blokada” nağılı uyduran separatçıların ETİRAFI

1214 15.04.2023 21:48 Son xəbər A A

Bu gün, aprelin 15-də 12 xəstə Beynəlxalq Qırmızı Xaç Komitəsinin müşayiəti ilə Qarabağdan Ermənistan Respublikasının tibb mərkəzlərinə çatdırılıb.

Musavat.com xəbər verir ki, bunu Qarabağdakı qondarma rejimin nümayəndələri etiraf ediblər.

Yenə də cəfəng “blokada” iddiasını tirajlayan separatçılar bildiriblər ki, Beynəlxalq Qızıl Xaç Komitəsinin vasitəçiliyi ilə onkoloji xəstəlikləri və ürək-damar sistemi xəstəlikləri olan 12 xəstə Respublika Tibb Mərkəzindən Ermənistan Respublikasının müxtəlif ixtisaslaşdırılmış tibb mərkəzlərinə köçürülüb.

O da əlavə olunub ki, müalicə üçün Ermənistana göndərilən 8 xəstə müşayiətçiləri ilə birlikdə Qarabağa qayıdıb. Bildirilib ki, indiyədək - yəni Laçın yolundakı aksiyanın başlanmasından bəri Beynəlxalq Qızıl Xaç Komitəsinin vasitəçiliyi və müşayiəti ilə 317 xəstə Qarabağdan Ermənistana aparılıb.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR