İnsanlara hürriyət, millətlərə istiqlal!

Blinkenin məktubundakı xüsusi mesaj - ABŞ səbirsizliklə nəyi gözləyir?

729 30.05.2024 10:22 Siyasət A A

Müstəqillik Günü ilə bağlı Azərbaycan Prezidentinə dünya ölkələrinin hamısından (qərəzli Fransa istisna) təbrik məktubları gəldi. Bu məktublarda diqqəti xüsusi cəlb edən bir məqam bütün dövlətlərin Azərbaycanla əlaqə və əməkdaşlıqları dərinləşdirmək niyyətinin vurğulanmasıdır.  

ABŞ dövlət katibi Entoni Blinkenin də Azərbaycan xalqını 28 May - Müstəqillik Günü münasibətilə təbrik məktubunda eyni məzmun yer alır. Blinkenin bəyanatında qeyd edilir ki, “son 32 ildə təhlükəsizlik və enerji sahəsində əməkdaşlıq üzərində tərəfdaşlıq qurduğumuz Azərbaycanla əlaqələrimizi yüksək qiymətləndiririk”: “Biz bu sahələrdə, həmçinin iqlim dəyişikliyi və yaşıl enerjiyə keçid kimi getdikcə daha kritikləşən qlobal problemlərlə bağlı fəaliyyətimizi dərinləşdirmək imkanını yüksək qiymətləndiririk. Birləşmiş Ştatlar Azərbaycanın Bakıda COP29-a ev sahibliyi etməsini alqışlayır və biz uşaqlarımızı və nəvələrimizi daha dayanıqlı və davamlı iqlim gələcəyi təmin etmək məqsədilə COP-u uğurlu etmək üçün Azərbaycan hökuməti ilə sıx əməkdaşlıq etməyi səbirsizliklə gözləyirik. Əməkdaşlığımız Azərbaycanın demokratik inkişafına və Azərbaycan konstitusiyasına uyğun insan hüquqlarına və əsas azadlıqlarına hörmətlə bağlı öhdəliyimizlə paralel davam edəcək. Birləşmiş Ştatlar Ermənistan və Azərbaycan arasında davamlı və ləyaqətli sülhün əldə edilməsi istiqamətində görülən işləri alqışlayır və biz bu səyləri dəstəkləməyə, uzun müddətdir davam edən münaqişədən sonra yeni səhifəni açmaq və daha yaxşı gələcək qurmaq üçün hazırıq. Biz əlaqələri gücləndirəcək və bütün regiona iqtisadi fayda verəcək bu məqsədə tam sadiqik. Azərbaycanın müstəqilliyi şərəfinə bu mühüm bayramda mən Birləşmiş Ştatların Azərbaycanın müstəqilliyinə, ərazi bütövlüyünə və suverenliyinə dəstəyini bir daha təsdiqləyirəm”.

Nəzərə çatdıraq ki, bir müddət öncə Azərbaycan Prezidenti İlham Əliyev çıxışında bütün gücləri, o cümlədən Minsk Qrupunun həmsədrləri olmuş ABŞ və Fransanı dövlətimizin bölgədə yaratdığı ədalətli reallıqları qəbul etməyə dəvət etmişdi. Bu kontekstdə Prezident Rusiyanı nümunə kimi göstərmişdi. Bildirmişdi ki, hər hansı təzyiq, təhdidə boyun əyilməyəcək, ABŞ və Fransa Cənubi Qafqazın inkişafını istəyirsə, regionun lider dövləti Azərbaycanla əməkdaşlıq etməlidir.

Blinkenin son məktubundan sonra düşünmək olarmı ki, ABŞ da artıq reallıqları qəbul edir? 

Yusif Bağırzadə prezidentliyə namizəd oldu

Yusif Bağırzadə: “Bu, Ağ Evin Cənubi Qafqaz siyasətində Azərbaycanın maraqlarını nəzərə almalı olduğunu dərk etdiyini göstərir”

Politoloq Yusif Bağırzadə “Yeni Müsavat”a bildirdi ki, Azərbaycan regionun lider dövləti olaraq hər zaman aparıcı güclərin diqqət mərkəzində olub. İkinci Qarabağ savaşı və əldə etdiyimiz qələbədən sonra isə ölkəmizin nüfuzu daha da artıb: "Regionda beynəlxalq təşəbbüslərin müəllifi olan Azərbaycan əldə etdiyi uğurlar sayəsində dünyanın siyasi xəritəsində öz statusunun yüksəlməsinə müvəffəq olub. Elə 28 May Müstəqillik Günü ilə bağlı çoxlu sayda ölkə rəhbəri tərəfindən yazılmış təbrik məktubları da Azərbaycanın beynəlxalq münasibətlər sistemində artan nüfuzunun və genişlənən əməkdaşlığının ən bariz göstəricisidir. Məhz elə bu nüfuzun və iqtisadi potensialın nəticəsidir ki, Azərbaycan bir çox ölkə rəhbərləri tərəfindən strateji tərəfdaş kimi dəyərləndirilir və ölkəmizlə əməkdaşlığın davamlı olmasında maraqlı olduqları qeyd olunur.

ABŞ prezidenti və ardınca ABŞ dövlət katibi Blinkenin təbrikləri isə Azərbaycan və ABŞ arasında etibarlı münasibətlərin inkişafının göstəricisi hesab olunmalıdır. Təbriklərin mətnindən də göründüyü kimi, ABŞ, Azərbaycanla ikitərəfli münasibətlərin çoxşaxəliliyinə xüsusi önəm verir. ABŞ prezidentinin ölkə başçımıza göndərdiyi məktubda dünyanın supergücünün dövlətimizə və xalqımıza açıq mesajları var. Həm Co Baydenin, həm də Entoni Blinkenin təbliklərində ABŞ-ın Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü və suverenliyinə dəstəyini bir daha təsdiq etməsi xüsusi olaraq qeyd edilməlidir".

Politoloq qeyd etdi ki, ümumiyyətlə, həm bu təbriklər, həm də Vaşinqton şəhərinin meri Myuriel Bauzerin Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 106-cı ildönümü ilə bağlı xüsusi  bəyannamə imzalaması ABŞ-ın ölkəmizə olan marağının göstəricisi hesab olunmaqla yanaşı, həm də Ağ Evin Cənubi Qafqaz siyasətində Azərbaycanın maraqlarını nəzərə almalı olduğunu dərk etdiyini göstərir: “Bütün təzyiqlərə baxmayaraq ölkəmizin öz müstqil siyasətində heç kimə boyun əyməyəcəyini artıq hər kəs dərk edir və qəbul edir. Artıq supergüclər də anlayırlar ki, Cənubi Qafqaza yol ancaq Azərbaycanla dost olmaqdan keçir. 

Azərbaycanın güclü orduya malik olması bir şərtdir - İlyas Hüseynov (ÖZƏL)  - TurkicWorld

İlyas Hüseynov: “ABŞ artıq yeni reallıqları anlayır, qəbul edir”

Bütün sadalananlar Azərbaycanın regionda yeni reallıqlar yaratdığının Rusiya, ABŞ, Çin və digər güclər tərəfindən qəbul olunduğunu növbəti dəfə nümayiş etdirmiş olur". 

Sosial Tədqiqatlar Mərkəzinin sektor müdiri İlyas Hüseynov isə bildirdi ki, müstəqillik günü ilə bağlı dünyanın böyük dövlətlərinin böyük əksəriyyəti Azərbaycana təbriklər ünvanladı: "Burada diqqət çəkən bir sıra məqamlar mövcuddur. Xüsusilə ABŞ prezidenti Baydenin və dövlət katibi Blinkenin təbrik məktubları ayrı-ayrılıqda oldu. Bu məktublarda bir sıra paralellər, oxşar cəhətlər olsa da əsas məqam bundan ibarətdir ki, Azərbaycan təhlükəsizlik sahəsində ciddi töhfələr verir, hətta ABŞ-la çiyin-çiyinə Azərbaycanın təhlükəsizlik üçün vuruşması qeyd olunur. Cənab Prezident İlham Əliyev də öz çıxışında bildirmişdi ki, Fransa, ABŞ və digər dövlətlər regiondakı yeni reallıqları qəbul etməli və dövlətimizlə əməkdaşlığa çalışmalıdır. Belə görünür ki, Azərbaycanla ABŞ arasında bir sıra ziddiyyətlər, soyuq münasibətlər artıq siyasi gündəlikdən çıxır. Eyni zamanda Azərbaycan diplomatiyası Vaşinqtona izah edə bildi ki, əgər Ermənistana və onun baş naziri Nikol Paşinyana Vaşinqton dəstək vermək istəyirsə, bu, onların öz daxili işidir, lakin Azərbaycanla bu münasibətlər Ermənistan-ABŞ münasibətlərindən kənarda inkişaf etməlidir və Azərbaycanı heç bir vəchlə aressiv dövlət kimi təqdim etmək olmaz. Bu, çox mühüm bir tezisdir. Çünki biz görürdük ki, bizə qarşı məhz erməni maraqlarından qaynaqlanan fikirlər irəli sürülürdü. Ancaq Bakı ilə Vaşinqton arasında keyfiyyətcə yeni münasibətlər sisteminə daxil olunmalıdır. ABŞ-ın Azərbaycandakı səfirinin də bu ay Şuşaya səfər eləməsi diqqətə alınmalı məqamdır. Bu da onun göstəricisi idi ki, ABŞ artıq yeni reallıqları anlayır, qəbul edir. Artıq yalnız əməkdaşlıq üçün münbit şərait var. Bu münbit şəraitdən istifadə edib ikitərəfli münasibətləri yaxınlaşdırmaq əsas məqsəddir. Qarşıdakı dönəmdə Azərbaycan təbii ki, ABŞ-la münasibətlərin  inkişaf trayektoriyasına nəzər salacaq. Çox istərdik ki, bu münasibətlər regionun güclü dövləti Azərbaycanla ədalətli, şəffaf, səmimi olsun”.    

Etibar SEYİDAĞA,
“Yeni Müsavat”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR