İnsanlara hürriyət, millətlərə istiqlal!

Blinkendən husilərə: 40-dan çox ölkənin maraqlarına zərbə vururlar

409 08.01.2024 01:53 Dünya A A

Yəmənin üsyançı Ənsar Allah (Husi) hərəkatının Qırmızı dənizdəki hücumları qlobal gəmi daşımalarının təxminən 20 faizini pozur və 40-dan çox ölkəyə təsir edir.

Musavat.com xəbər verir ki, bunu ABŞ dövlət katibi Entoni Blinken Qətərin baş naziri Məhəmməd bin Abdel Rəhman Əl Tani ilə birgə mətbuat konfransında deyib: “Bu, təkcə regional problem deyil... Husi hücumları 40-dan çox ölkədə vətəndaşlara, yüklərə və kommersiya maraqlarına birbaşa təsir göstərərək, qlobal dəniz nəqliyyatının demək olar ki, 20 faizini pozub və ya başqa istiqamətlərə yönləndirib... Bu o deməkdir ki, malların lazım olan yerə çatması üçün daha çox vaxt lazım gəlir. Bu, maya dəyərini artırır və bu xərclər bütün dünyada istehlakçılara ötürülür".

Blinken vurğulayıb ki, “ondan çox ölkə” husilərin öz hücumlarına görə cavabdehlik daşıyacaqlarını açıq şəkildə bəyan edib. Diplomat qeyd edib ki, ABŞ və 20-dən çox ölkə Qırmızı dənizdə gəmiçiliyi qorumaq üçün “Prosperity Guardian” əməliyyatına başlayıb.

 

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR