İnsanlara hürriyət, millətlərə istiqlal!

Biznesmen ərindən 5 dəqiqədə boşandı

1406 05.10.2022 18:56 Şou-biznes A A

Bir müddət əvvəl sosial mediada biznesmen ərindən ayrıldığını elan edən Türkiyənin məşhur müğənnisi Tuğba Özerk bu gün rəsmi şəkildə boşanıb.

Musavat.com xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb. Beləliklə, cütlük 4 illik münasibətlərinə birdəfəlik son qoyub.

Xatırladaq ki, müğənni Tuğba Özerklə iş adamı Gökmen Tanaçar ötən il nikah masasına əyləşmişdi. Lakin münasibətlərində gərginlik yaşayan cütlük ayrılmaq qərarına gəlib. Bu gün keçirilən məhkəmə iclası cəmi 5 dəqiqə çəkib və tərəflərin heç bir tələbi olmadığından hakim onları dərhal boşayıb.

Müğənni məhkəmə prosesindən sonra jurnalistlərə açıqlamasında bildirib:

“4 ilə yaxın olan münasibət bitdi. Bu, üzücü bir şeydir. Təbii ki, heç kim bunu istəməz, edə biləcəyimiz bir şey yoxdur. Qarşılıqlı tələbimiz olmadı, razılığa gəlib ayrıldıq”. 

Xalidə Gəray
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR