İnsanlara hürriyət, millətlərə istiqlal!

“Bizə it lazım deyil, onsuz da...” - Ermənistanda ETİRAZ

1017 01.08.2023 20:49 Şou-biznes A A

Amerikalı reper, prodüser və aktyor Snup Doq (əsl adı Calvin Cordozar Brodus Jr.) İrəvanda konsert proqramı ilə çıxış edəcək.

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bu barədə o, İnstaqram səhifəsində videomüraciətində bildirib.

snup.PNG (717 KB)

Musiqiçinin konsertinin sentyabrın 23-də İrəvandakı “Razdan” stadionunda baş tutacağı gözlənilir.

Snup Doqun konserti ilə bağlı məlumat Ermənistanda az qala dövlət bayramı kimi təsvir olunub. Lakin yerli media amerikalı reperin gəlişinin ucuz başa gəlməyəcəyini bildirir. Ermənistan mətbuatında çıxan xəbərlərə görə, Snup Doqa nə az, nə çox - 23 milyon dollar ödənəcək.

Bu xəbərlərdən sonra Ermənistan hökuməti tələm-tələsik təkzib məlumatı ilə çıxış etməli olub. Yerli “Hraparak” qəzeti isə vəziyyəti bu irqçi cümlə ilə təsvir edib: “Bizə it (Doq - ingiliscə it deməkdir) lazım deyil, onsuz da itin günündəyik”.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR