Rusiya Xarici İşlər naziri Sergey Lavrov Alyaskada keçirilən və böyük müzakirələrə səbəb olan beynəlxalq görüşün pərdəarxası məqamlarına toxunarkən diplomatik etiketdən kənar, gözlənilməz ifadələrdən istifadə edib.
Musavat.com xəbər verir ki, Rusiya diplomatiyasının rəhbəri ölkəsinin danışıqlardakı dürüstlüyünü sübut etmək üçün rus kriminologiyasında və küçə leksikonunda məşhur olan jarqona müraciət edib.
"Bizim vicdanımız təmizdir. Bilirsiniz, necə deyirlər, paçan sözü: paçan deyib, paçan eləyib. Biz dedik və hazırıq", — deyə nazir vurğulayıb.
Rusiya XİN rəhbərinin rəsmi diplomatik müstəvidə "küçə anlayışları" və kriminal jarqonlarla danışması, heç bir əlavə şərhə və boş bəhslərə yer qoymadan Moskvanın öz öhdəliklərinə sadiq olduğunu nümayiş etdirmək cəhdi kimi qiymətləndirilib.
Musavat.com






