İnsanlara hürriyət, millətlərə istiqlal!

“Bir mərmi atılıbsa, Azərbaycan yüz, min mərmi atmalıdır”- Türkiyəli generaldan SENSASİON AÇIQLAMA

1163 12.04.2023 17:52 Siyasət A A


“Erməni terrorçularının təxribat hücumu nəticəsində dünyasını dəyişən şəhidlərimizə Allahdan rəhmət, qazilərimizə isə şəfalar diləyirəm. Son iki hücum təbii ki, gözlənilən idi, çünki sülh müqaviləsini imzalamaq, mövcud yeni statusla barışmaq istəməyən Ermənistan hər fürsətdə zaman qazanmağa, Azərbaycandakı vəziyyəti qeyri-sabit  göstərmək üçün təxribatlarına davam etməyə çalışır".

Bu sözləri Musavat.com-a açıqlamasında Türkiyənin ölkəmizdəki keçmiş hərbi attaşesi, general Yücel Karauz deyib. General bildirib ki, xüsusilə də son bir ayda Ermənistan cəbhəni genişləndirərək bir yandan Fransa, İran, ABŞ-la, bir yandan da Avropa Birliyi vasitəsilə özünə əlverişli şərtlər yaratmağa çalışır.

“Təəssüf ki, son zamanlarda İranın Azərbaycana qarşı artan qərəzli, qonşuluq siyasətinə yaraşmayan davranışlarını görürük. İranla Ermənistan arasında üstün səviyyəli görüşlərə diqqət etdiyimizdə aydın görürük ki, Ermənistan yalnız başına hansısa bir siyasi qərar qəbul edə bilmir. Əsas məsələ odur ki, baş verənlərdə, xüsusilə də dünənki hadisədə Ermənistanın əsl havadarlarının müəyyən edilməsi mütləqdir. Təbii ki, burda bir nömrəli aktyor Azərbaycanda sülhün və sabitliyin olmasını istəməyən İran faktorudur. İkinci faktor Fransa və Avropa Birliyi amilidir, üçüncü faktor isə son zamanlar Ermənistan ilə ABŞ arasında baş tutan rəsmilərin görüşüdür. Bu, aydındır ki, Ermənistan Amerikadan xəbərsiz heç nə edə bilməz. Dördüncü isə bu hadisələr baş verdiyi zaman rus sülhməramlıların məsələyə biganə qalması, hadisəni görməzlikdən gəlməsidir”.

WhatsApp Image 2023-04-12 at 17.16.07 (1).jpeg (126 KB)

General bildirib ki, sadaladığımız bu amillər erməniləri cəasrətləndirir:

“Belə bir vəziyyətdə Azərbaycan necə addım atmalıdır? Azərbaycan beynəlxalq səviyyədə torpaqalarına və əsgərlərinə qarşı edilən bu hücumlara artıqlaması ilə, beynəlxalq səviyyədə də qarşılıq verməlidir. 1 mərmi atılıbsa 100 mərmi, 1000 mərmi ataraq əsgərlərinin intiqamını və qisasını almalıdır. Görünən odur ki, bu proseslər davam edəcək. Azərbaycan torpaqlarında silahlı ünsürlərə, terrorizmə qarşı mübarizə əməliyyatları aparmalı, xoş niyyətlə, səbirlə, davranmalı, hər hansısa bir irəliləyiş olmadığı təqdirdə, öz hesabını özü kəsməlidir.

İranın mövqeyinə gəldikdə isə, İran həm Azərbaycanla, həm Ermənistanla, həm də Türkiyə ilə qonşudur, o, öz birtərəfliliyini qorumalıdır. İran də müsəlman ölkəsidir. Orada bizim 40 milyona yaxın soydaşımız yaşayır. İran bunları düşünərək, etdiyi səhv addımlardan, yanlış siyasi strategiyadan əl çəkməlidir. Şuşa bəyannaməsi var, həmin bəyannaməyə əsasən Azərbaycana qarşı edilən hər hansı bir hücum, hər hansı bir terror fəaliyyəti Türkiyəyə də qarşı sayılacaq. Yaxşı olardı ki, Azərbaycana qarşı addım atanlar bütün bunları nəzərə alsınlar”.

Dürrə Həsənova,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR