İnsanlara hürriyət, millətlərə istiqlal!

Bir ailəni məhv edən QATİLDƏN ŞOK ƏMƏL - Türkiyədə yaşayan tanışını...

1070 23.12.2023 16:00 Dünya A A

Rusiyada Ukrayna ilə savaşda iştirak etdiyi üçün əfv edilən vaqnerçi quldur bu dəfə Sankt-Peterburq şəhərində tutulub.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, Aleksandr Tütin adlı bu şəxs indi də başqa birisinin öldürülməsini sifariş etdiyi üçün yaxalanıb.

İstintaqın verdiyi məlumata əsasən, keçmiş döyüşçü Türkiyədə yaşayan tanıdığı şəxsə sui-qəsd təşkil etməyə çalışıb. Lakin onun tutduğu killer hadisə barədə Sankt-Peterburq Daxili İşlər Nazirliyinə məlumat verib.

Qeyd edək ki, Aleksandr Tütin 2021-ci ildə dörd nəfərlik ailənin: Dmitri Zeynalovun, onun həyat yoldaşının, 15 yaşlı qızı və 11 yaşlı oğlunun qətlini (uşaqları vəhşicəsinə balta ilə doğrayıblar) təşkil etməkdə təqsirli bilinərək 23 il müddətinə azadlıqdan məhrum edilmişdi. O, cəmi il yarım həbsxanada yatıb və Ukraynada müharibəyə gedib. Müqavilə başa çatdıqdan sonra Tütin həyat yoldaşı ilə Türkiyəyə uçub, bir ildən sonra isə Sankt-Peterburqa qayıdıb.

İndi vaqnerçi qulduru muzdlu adam öldürməyə hazırlıq maddəsi ilə 10 ilədək həbs cəzası gözləyir.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR