İnsanlara hürriyət, millətlərə istiqlal!

Bıçaq sümüyə dayanıb, Azərbaycan baş ağrısından belə qurtula bilər - Polkovnik AÇIQLADI

5114 20.01.2023 18:59 Gündəm A A

Erməni mətbuatı özünü Qarabağ separatçılarının "dövlət naziri" elan edən Ruben Vardanyanın "tutduğu vəzifədən" azad ediləcəyi barədə məlumat yaysa da, Vardanyan hələ ki, öz kreslosundadır.  

Ruben Vardanyanın vəzifədən gedə biləcəyi nə dərəcədə realdır? O, getsə, separatçıların Qarabağla bağlı planlarında hər hansı dəyişiklik ola bilərmi? 

20211126120408.jpg (20 KB)

Ehtiyatda olan polkovnik, hərbi ekspert Üzeyir Cəfərov Musavat.com-a bildirib ki, Ruben Vardanyanın vəzifədən gedə biləcəyi ilə bağlı məlumatları ciddi qəbul etmir:

411250.jpg (82 KB)

"Düşünmürəm ki, Vardanyanı belə tezliklə yola salarlar. Çünki o, günü-gündən öz mövqelərini daha da dərinləşdirir və möhkəmləndirir. Separatçılar bu gün Ruben Vardanyana daha böyük ümid bəsləyirlər, çünki o, Moskva tərəfindən göndərilib, həm də çox pulu var, o pulların hesabına separatçıları, o cümlədən özünün ümid etdiyi adamları ayaq üstə saxlamaq gücündədir. Ona görə də Vardanyanın belə tezliklə vəzifədən gedəcəyini düşünmürəm. O, İrəvana – Paşinyanın əvəzinə hazırlanır. Putin bir neçə dəfə öz adamlarını – Robert Köçəryanı və digərlərini vəzifəyə gətirmək istədi, amma buna nail ola bilmədi. Rusiya lideri Vardanyanı Qarabağdan İrəvana keçirmək istəyir.

pas.jpg (85 KB)

Hesab edirəm ki, Azərbaycan Ruben Vardanyanın tez bir zamanda zərərsizləşdirilməsi haqqında düşünməlidir. Nə qədər ki, vardanyanlar, arutyunyanlar bizim ərazilərimizdə olacaqlar, onlar bizim üçün xeyli problemlər yaradacaqlar və düşünürəm ki, bu yara nə qədər tez sağalsa, biz bir o qədər az itki ilə ötüşəcəyik. Hər ötən gün onlar ora silah-sursat daşıyırlar, bizə əlavə problemlər yaradırlar. Bunu Azərbaycan rəsmiləri də qeyd edirlər. 20 Yanvarla əlaqədar XİN rəhbəri Ceyhun Bayramov Laçın yolundan silah-sursatın daşınması ilə bağlı fikir bildirdi. İş o yerə çatıb ki, xarici işlər naziri də sülhməramlıların bilavasitə iştirakı ilə Azərbaycan ərazisinə silah-sursatın daşınması məsələsinə toxunur. Vardanyanlar Azərbaycan üçün böyük baş ağrısına çevrilib. Onlar tez bir zamanda ərazilərimizdən atılmalıdır".

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR