“17 iyun tarixində övladımın ölümündə təqsirləndirilən şəxslərdən biri ilə ilk dəfə üz-üzə gələcəyəm”.
Musavat.com xəbər verir ki, bu barədə ötən ilin noyabrın 21-i Yasamaldakı yanğında həlak olan 7 yaşlı Arzu Qəmbərlinin atası, tanınmış vəkil Əli Qəmbərov sosial şəbəkə hesabında paylaşım edib.
O bildirib ki, məhkəmədə övladının ölümündə günahkar olanlarla sonuna qədər mübarizə aparacaq:
“Bəziləri elə düşünür ki, onu gördüyüm anda emosiyalarımı saxlaya bilməyəcəyəm, təhqir edəcəyəm və ya hər hansı fiziki hərəkətə yol verəcəyəm. Amma mənim zəiflərlə, əli qandallı və mənə cavab verə biləcək durumda olmayan şəxslərlə işim yoxdur. Mənim işim həmişə güclülərlə olub. Mübarizəmiz sona qədər ədalət üçündür”.
Qeyd edək ki, ötən ilin noyabr ayının 21-də Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsində çoxmərtəbəli yaşayış binasında baş vermiş yanğın nəticəsində 3 nəfər həlak olub, 27 nəfər isə xəsarət alıb.

Şahanə Rəhimli
Musavat.com






