İnsanlara hürriyət, millətlərə istiqlal!

Beynəlxalq absurd: ABŞ konqresi BCM-ə sanksiya tətbiq edəcək

729 04.06.2024 11:22 Dünya A A

Amerika Birləşmiş Ştatları konqresinin prosedur komitəsi Vaşinqton və onun müttəfiqlərinə qarşı icraat üçün Beynəlxalq Cinayət Məhkəməsinə (ICC) qarşı sanksiyalar haqqında qanun layihəsini təsdiqləyib.

Musavat.com xarici mediaya istinadla xəbər verir ki, səsvermə komitənin internet saytında yayımlanıb.

Qeyd olunur ki, BCM dövlət başında olan şəxslərin fəaliyyətini araşdırmağa davam edərsə, ona qarşı sanksiyaların tətbiqini nəzərdə tutur. Bu, təkcə Amerika hökumət rəsmilərinə deyil, həm də ABŞ-ın BCM-nin yurisdiksiyasını tanımayan müttəfiq ölkələrinin vətəndaşlarına da aiddir.

Qanun məhkəmənin işinə kömək edən şəxslərin sanksiya siyahısına daxil edilməsini nəzərdə tutur. Amerika hakimiyyəti reyestrdə olanlara vizaların verilməsini və uzadılmasını dayandırmalıdır. Daha sonra sənədə Senatda və Nümayəndələr Palatasında baxılmalıdır.

Yada salaq ki, bu reaksiya Beynəlxalq Cinayət Məhkəməsinin İsrailin baş naziri Binyamin Netanyahunun müharibə cinayətlərinə görə həbs edilməsini tələb etmək niyyətinə cavab idi.

Belə anlaşılır ki, ayrı-ayrı dövlətlərin rəhbərləri hər cür hərbi cinayətlər törədə bilərlər, amma ABŞ-nin müttəfiqidirlərsə, BCM onları mühakimə edə bilməz, edərsə, özü mühakimə olunar.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR