İnsanlara hürriyət, millətlərə istiqlal!

Beştəpə sarayından açıqlama: "Rusiya ilə Türkiyə arasını vurmaq cəhdləri əbəsdir"

857 03.08.2023 11:30 Son xəbər A A

"Türkiyə ilə Rusiya arasında münasibətlər ölkə liderləri arasında etimad əsasında qurulub, kənardan mənfi fon yaratmaq cəhdləri əbəsdir".

Musavat.com xarici mediaya istinadla xəbər verir ki, bu barədə Türkiyə liderinin Ankaranın Beştəpə səmtindəki administrasiyasında çalışan mənbə bildirib.

"Mətbuatda iki ölkə arasında münasibətləri hətta korlamaq da yox, tamam mənfi fon yaratmaq cəhdləri var. Onlar əbəsdir, çünki iki ölkənin liderləri arasında etimad münasibətləri yaranıb. Türkiyə və Rusiya liderləri daimi əlaqə saxlayırlar”, - mənbə deyib.

Onun sözlərinə görə, Putinin Türkiyəyə planlaşdırılan səfəri Ankara ilə Moskva arasında münasibətlərin qurulmasında əhəmiyyətli ola bilər.

Xəbər verilir ki, dünən səhər Putin Ərdoğana zəng vurub, dialoq zamanı iki liderin mümkün görüşü müzakirə olunub.

Musavat.com

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR