İnsanlara hürriyət, millətlərə istiqlal!

Berlində iğtişaşlar: 15 polis əməkdaşı yaralandı, 230-dan çox adam SAXLANILDI-VİDEO   

956 01.01.2024 14:31 Dünya A A

 

Yeni ildə Berlində iğtişaşlar baş verib.

 Musavat.com xəbər verir ki,  nəticədə 15 polis əməkdaşı yaralanıb, 230-dan çox adam saxlanılıb. Bu barədə şəhər polisi X sosial şəbəkəsində məlumat yayıb.

"Bild" xəbər verir ki, iğtişaşlar əsasən pirotexniki vasitələrdən təhlükəli istifadə ilə bağlı olub. Alexanderplatzda mindən çox insan toplaşıb, bəziləri pirotexniki vasitələri birbaşa izdihamın üzərinə atıb.

Ümumilikdə, Berlin polisi Yeni ildə asayişi qorumaq üçün 5 minə yaxın işçini əraziyə yerləşdirib. Bundan əlavə, Günəş Xiyabanında (Sonnenallee)  Fələstin tərəfdarlarının nümayişi də keçirilib. Bu nümayişin iştirakçıları İsrail əleyhinə şüarlar səsləndirib və Almaniyanın İsrailə verdiyi dəstəkdən narazılıqlarını bildiriblər.

"Bild"in məlumatına görə, Frankfurt-Mayndə 20-dən çox şəxs polis əməkdaşlarına pirotexniki vasitələr atdıqlarına görə saxlanılıb. Leypsiqdə də gecə sakit keçməyib. Orada təxminən 3 min nəfərlik izdiham daş və fişənglər ataraq iğtişaşlar törədib. Leypsiqdəki Augustusplatz meydanında atəşfəşanlıq nəticəsində üçü uşaq olmaqla bir neçə nəfər yaralanıb.

 

Afaq,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR