İnsanlara hürriyət, millətlərə istiqlal!

Berke xan - Bir monqol döyüşçüsü İslam dünyasını necə xilas etdi?

4553 25.06.2023 14:07 Yazarlar A A

İslam dünyasının bilinməyən səhifələri...

XII əsrin ortalarında Çingizxan və onun varislərinin İslam dünyası üzərinə hücumu bu böyük sivilizasiyanın sanki artıq tamamilə məhv olacağı görüntüsünü yaradırdı. Xristian dininə qarşı çox tolerant olan monqolların islama münasibəti birmənalı deyildi. Monqol xanları islamın tam məhvini arzulayan xristian kralları və papa ilə tez- tez əlaqələr qururdular. Monqollar arasında böyük nüfuza malik olan xristianlar da kifayət qədər idi.

Ölümündən sonra dörd imperator anası adlandırılan Çingizxanın oğlu Tuluyun arvadı , Azərbaycanın da daxil olduğu Elxanilər dövlətinin qurucusu Hülakü xanın anası Sarqoktani Bikə , Hülaku xanın arvadı və Abaqa xanın anası Doquz xatun, Abaqa xanın arvadı Bizans imperatoru VIII Mixailin qızı Mariya, Batu xanın oğlu Sərtaq xan, Hülakünün məşhur sərkərdəsi, məşhur ayn-Calut döyüşünün əsas simalarından biri Kitbuğa , Xubilay xanın əmisi Monqol zadəganı Nayan Xan və digərləri.... Xristian missionerlər monqol dünyasını sanki tamamilə ələ keçirmişdilər. Monqolların xristianlaşması an məsələsi idi.

v.jpg (63 KB)

Berke xan hər iki tərəfdən böyük imperatorların qanını daşıyırdı...

Berkenin anası Xan Sultan Xarəzmşah Məhəmmədin qızlarının ən böyüyü , Xarəzmşah Cəlaləddinin bacısı idi. Xan Sultan həm də nənəsi Tərkən-Xatun vasitəsilə Qıpçaq xanlarının nəslindən idi.

1210-cu ildə o, Xarəzmşahın sarayında girov olan Qaraxanlılar sülaləsindən olan Qaraxanlılar dövlətinin hökmdarı Osmanla evlənir.

1212-ci ildə Səmərqənd sakinləri Osmanın başçılığı ilə Xarəzmşahlara üsyan qaldırır. Üsyan Xarəzmşah Məhəmməd tərəfindən vəhşicəsinə yatırıldı, Qaraxanlılar dövləti Xarəzmşahlar dövlətinə birləşdirildi , Osman və onun qohumları Xarəzmşahın əmri ilə öldürüldü. 1219-cu ildə Çingizxanın ordusu Xarəmşahlara hücumu ölkənin istilası və hərəmxanasının Çingizxanın əlinə düşməsi ilə nəticələnir.

Xan Sultan Çingizxanın böyük oğlu Cucinin payına düşür və o, Cucu üçün ana tərəfdən türk-müsəlman qanı daşıyan üç oğlan ovladı dünyaya gətirir. Cuci xanın arvadı Sultan Xatun Orda, Batu və Bərkə adlı üç oğlu dünyaya gətirdi. Ana tərəfi Berkenin sonradan müsəlman olmasına böyük təsir göstərəcəkdi.

Orta əsr salnaməçisi Əl-Cüzcaninin yazdığına görə Berke dünyaya gələndə atası Cuçi“ müsəlman südünü içdiyinə görə, mənim bu oğlum müsəlman olacaq” sözlərini söyləyir. Ancaq Cuciyə olan ögey münasibət onun oğlanlarına da bəslənirdi.

Gənc Berke monqol taxt-tacı uğrunda gedən qanlı döyüşlərdən özünü qoruyur...

Elə qoruyur ki, atadan bir, anadan ayrı olan qardaşı Avropanı tir-tir titrədən Batu ona tam etibar edir.

Atası və babası Çingizxanın ölümündən sonra  7 yaşlı Berke 1228-1229-cu illərdə Monqolustanda keçirilən böyük qurultayda iştirak edir. Ögedayın böyük xan seçilməsindən sonra  1238-ci ilə qədər , 17 yaşı olana qədər böyük döyüşlərdə iştirak etmir.

1240-cı ildə o, böyük qardaşı  Batunun qərb yürüşünə qoşulur.  1243-cü ildə monqolların qərb yürüşü başa çatdıqda, Batu Berkenin bacarıqlarını yüksək qiymətləndirdi və qardaşını tayfadaxili işlərə fəal şəkildə cəlb etməyə başladı. Berke nə qədər könülsüz olsa da, Batunun təsiri ilə Tuluyun böyük oğlu, əfsanəvi xatun Sarqoktaninin böyük oğlu Möngke xanı dəstəkləyir. 1250-1251-ci illər qurultayında hətta qardaşı Batunu təmsil etmək üçün göndərilir.

Məsələ bunda idi ki, qurultayın əsas təşkilatçısı Berke ve Sarqoktani xatun idi. Qurultaydan öncə çoxsaylı qohum və monqol zadəganlarının tərəddüd içində qaldığını görən Berke böyük qardaşı  Batuya vəziyyəti izah edən məktub göndərir. Ancaq Batu ona - "Onu (Möngkeni) taxta qoyursan, kim Yasadan üz döndərərsə, başını itirər" deyən böyük qardaş, gecikmənin onlara baha başa gələ biləcəyini kəskin şəkildə bildirdi. Möngke Böyük Xan seçilir.

Qızıl Orda Taxtı Berkenin olur

1256-cı ildə Batu öldü: bu hadisə Monqol İmperiyasında qüvvələr balansını çox dəyişdi. Taxt-tac uğrunda mübarizə demək olar ki, dərhal başladı:  Taxta Batunun  böyük oğlu Sərtaq iddia edirdi . Ancaq o, xristian idi və bu da Berkeye Sartaqa qarşı mübarizə üçün nüfuzlu müsəlman zadəganlarının gücündən istifadə etməyə imkan verdi. Salanaməçilərin yazdığına görə Sərtaq tez-tez Bərkəni müsəlman olduğu üçün üzünü görmək istəmədiyini deyirmiş. Bir qədər sonra ziyafətlərin birində Sərtaq zəhərlənərək öldürülür. 

dvd.jpg (124 KB)

Berke xan və islam – Hülakünün qəzəbindən müsəlman dünyasının müdafiəsi

Deyilənə görə, Xarəzmin paytaxtı Ürkəncdə baş verən qarətlər zamanı Monqol xanı Çingizxan tərəfindən öldürülən Nəcməddin Kubranın varisi Seyfəddin Baharzinin önündə Berke müsəlman olmaq üçün diz çökür

Əmir Berkenin İslamı qəbul etməsi Qızıl Orda Ordu dövlətinin hökmdarı olmamışdan bir müddət əvvəl baş vermişdir.  Artıq islma haqqında kifayət qədər məlumatı olan  Berke məşhur islam alimi  Baharzinin təlimləri ilə maraqlanmağa başlayır. Salnaməçilərə görə, bir dəfə Əmir Berke nüfuzlu şeyxi  görmək üçün qardaşı Batu xandan  icazə istədi. İcazə aldıqdan sonra  Berke yoldaşları ilə Buxaraya gedir. Soyuq bir gündə Buxaraya gec çatsa da, Şeyxi narahat etməmək üçün səhərə qədər qapısında gözlədi. Sübh namazı vaxtı Baharzi namaz qılarkən içəri girir, dərhal şeyxinin ayağından öpdü və namaz üçün onun yanında dayandı. Daha sonra onunla birlikdə olan əmirlər əvvəlcə İslamı qəbul etmiş, sonra Baharziyə beyət edərək ona tabe olmuşlar.

Ümumiyyətlə, Berkenin islamı nə zaman qəbul etməsi haqqında bir neçə rəvayət vardır. Ancaq dəqiq olan odur ki, o, monqol xanları arasında islamı qəbul etmiş ilk monqol xanıdır. Və onun müsəlman olması da Qızıl Ordanın əhalisinin hamısının müsəlman olması ilə nəticələnir.

1258-ci ildə Hülakü xanın Bağdadı işğal və məhv etməsinə çox qəzəblənir. Berke xəlifəni öldürən və digər müsəlman dövlətlərini məhv etməyi qarşısına məqsəd qoyan Hülakünü məhv etməyi qərara alır. Müsəlman tarixçisi Rəşid-əd-Din Həmədani, Berke Xanın Bağdada hücumuna etiraz olaraq monqollara və müsəlman təbəələrinə dediyini söylədi:

"O (Hülakü) müsəlmanların bütün şəhərlərini yağmaladı və xəlifənin ölümünə səbəb oldu. Allahın köməyi ilə mən onu bu qədər günahsız qana görə hesaba çəkəcəyəm".

Əl-Cüzcani də onların hekayətlərinə əlavə edir: “Hülakü Bağdadın bütün xəzinələrini əlindən aldı . Puldan, qiymətli daşlardan, nadir əşyalardan və bahalı zinət əşyalarından tutmuş hər şeyi düşərgəsinə aparırdı. Bir hissəsini müsəlman olan Berkəyə hədiyyə və pay olaraq göndərdi, bir qismini də gizlətdi. Etibarlı adamlar belə dedilər: Bərkə ona Bağdad qənimətləri gətirən Hülakünün elçilərini öldürərək qəbul etmədi. Bu səbəbdən Berke ilə Hülakü arasında düşmənçilik yaranır.

Bu düşmənçilik haqqında digər orta əsr müəllifləri tərəfindən də xəbər verilir. Onlar hətta öz yazılarında bu münaqişənin əsas iştirakçılarının ifadələrini misal gətirirlər. Məsələn, Hülaku demişdir: “Bərkə xan ailəsinin böyüyü olsa da, nə həya, nə də vicdan bilir. Mənimlə kobud, laqeyd danışır. İndi onu heç vaxt dəstəkləməyəcəyəm”. Bərkə xan Hülaqunu da məzəmmət etdi: “O, müsəlmanların bütün şəhərlərini yerlə-yeksan etdi, düşmənin harada, dostun harda olduğunu anlamadı, müsəlman hökmdarları ailəsinin bütün üzvlərini öldürdü. Allahın köməyi ilə onu tökülən günahsız qanlara görə cavablandıracağam”.

1262-ci ildə Hülakünün xristian sərkərdəsi Kitbuğa məmlüklərlə olan Ayn-Calut döyüşündə öldürülür. Hülakü intiqam andı içsə də böyük qardaşı Möngkenin ölümünə görə Monqolustana getməli olur və geri qayıtdıqdan sonra monqollar arasında ilk açıq münaqişə artıq vahid imperiyanın sona çatmasından xəbər verirdi.

Amma Berke ilə Hülakü arasındakı qarşıdurmanın səbəbləri təbii ki, təkcə dini deyildi. Monqke xan indiki Azərbaycan ərazisində Çingiz xanın Cuçiyə verdiyi torpaqları qardaşı Hülakuya verdi. Bu vəziyyət Berkenin xoşuna gəlməsə də, Monqkenin ölümünə qədər səbir etdi.

1262-ci ildə münaqişə açıq müharibəyə çevrildi. İlxanilərin Azərbaycanı işğal etməsi, Dərbənddən keçərək sərhədi keçməsi və Qızıl Orda tacirlərini öz torpaqlarında öldürməsi tərəfləri müharibəyə sürüklədi.Hülaku xan 1263-cü ildə Qafqazın şimalına edilən işğal cəhdində ağır məğlubiyyətə uğradı. Hülakü qüvvələri Terek çayında Berkenin qardaşı oğlu Noqay tərəfindən darmadağın edildi və Hülaqunu geri çəkilməyə məcbur etdi. Döyüş meydanında çoxlu sayda insanın öldüyünü öyrənən Berke, “Monqolların qılıncı ilə monqolları öldürən Hülaküyə Allah lənət eləsin” deyərək kədərini ifadə etdi.

a.jpg (18 KB)

1266-cı ildə Berke Tiflisə qarşı yürüş zamanı öldü. Özündən sonra nəslinə Böyük monqol xanından asılılığı olmayan güclü və faktiki olaraq müstəqil Ulus qoyub getdi. Berkenin varisi yox idi. Ona görə də, xanın ölümündən sonra hakimiyyət Batu qoluna  keçdi.

Batu dövlət idarəçiliyinin əsas mexanizmlərini formalaşdırırdısa, Berke onları xeyli dərəcədə təkmilləşdirdi. Onun dövründə şəhər və ticarət mərkəzlərinin böyüməsi başladı. Orta əsr müsəlman hökmdarlarının ənənəsinə görə, Berke elm və sənətə himayədarlıq edirdi.

üevev.jpg (21 KB)

Berkenin tarixdə oynadığı əsas rol isə onun İslama münasibəti olub. Qeyd etdiyimiz kimi, Berke xanın islamı qəbulundan sonra Qızıl Orda müsəlmanlaşmışdı. 1962-ci il Ayn-Calut döyüşü monqolların hücumunun qarşısını alsa da Hülakü xanın qəzəbindən Məmlükləri Bərkə xan ilə tərəfədaşlıqları qorumuşdu. Berke ulusunda xristian missionerləri təqib edirdi. Bunu sonradan özünü Çingizxan nəslindən elan edən əmir Teymur və Baburşah da təkrar edəcəkdi.

Bərkə xanın müdaxiləsi Məkkə, Mədinə və Qüds daxil olmaqla İslamın müqəddəs şəhərlərini Hülakü qüvvələrindən xilas etdi.  Əgər Berke Xan olmasaydı, bir çox başqa şəhərlər də eyni aqibəti yaşayacaqdı.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR