İnsanlara hürriyət, millətlərə istiqlal!

“Ermənistanın qonşularla ticarəti məhv olacaq” - Sarukyan DANIŞDI

541 15.01.2025 16:18 Gündəm A A

“Ermənistanın “dəvət olunmadığı və gözlənilməyən” Avropa İttifaqına qoşulma prosesinin siyasi komponentini şərh etməyəcəm”.

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bu bəyanat yerli biznesmen, “Çiçəklənən Ermənistan”ın lideri Qaqik Sarukyan tərəfindən səslənib.

Bununla belə, Sarukyan Paşinyan rəhbərliyini ölkə iqtisadiyyatına ciddi ziyan vura biləcək və bir çox ermənini gəlirlərindən məhrum edə biləcək iqtisadi risklərə qarşı xəbərdarlıq edib. Onun sözlərinə görə, 2024-cü ildə Ermənistanın Aİİ ölkələri ilə ticarət dövriyyəsi 10 milyard dolları keçib ki, bu da əvvəlki illə müqayisədə iki dəfə çoxdur.

Qaqik Sarukyanın fikrincə, Avropa İttifaqına qoşulmaq haqqında sənəd Ermənistan biznesmenlərinin Rusiyanın bazarlarına çıxışı bağlaya biləcək “yaxşı düşünülməmiş” addım sayılmalıdır.

O hesab edir ki, Aİİ-dən çıxmaq bütün ixrac sektorlarını məhv edə bilər. Belə ki, Ermənistanın xarici ticarət həcminin 70%-dən çoxu Rusiya, Çin və BƏƏ ilə olub. Üstəlik, İranla ticarət də əhəmiyyətli dərəcədə artıb, yəni Aİİ-nin imkanlarına çıxışı itirən Ermənistan İttifaqın assosiativ üzvü olan İranla da ticarətini itirə bilər.

Bundan başqa, Aİİ ölkələri tərəfindən Ermənistana pul köçürmələrinə məhdudiyyətlər tətbiq oluna bilər.

“Müxtəlif hesablamalara görə, Rusiyada 3 milyona qədər erməni yaşayır, onlardan 700 mini statussuz və müvafiq icazələr olmadan çalışır. Bu da dostluq münasibətləri şəraitində mümkün olub. Aİİ ilə əlaqələrin kəsilməsi sayəsində həmin insanların gələcək taleyi “son dərəcə qeyri-müəyyən” olacaq”, - deyə Sarukyan bildirib.

O, həmçinin qazın və işığın qiymətinin kəskin artacağını proqnozlaşdırıb.

“Bunu təfərrüatlı təsvir etməyə ehtiyac yoxdur, biz bütün bunları 90-cı illərdə görmüşük” - deyə erməni iş adamı vurğulayıb.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR