İnsanlara hürriyət, millətlərə istiqlal!

Bərdədə istehlaka yararsız ət aşkarlanıb

556 24.08.2022 18:30 Sosial A A

 

Bərdədə istehlaka yararsız ət aşkarlanıb.

Musavat.com  xəbər verir ki, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları Bərdə rayonu, Həsənqaya kəndində fəaliyyət göstərən fiziki şəxs Məmmədov Nemət Təvəkkül oğluna məxsus heyvan kəsimi məntəqəsinə baxış keçirilən zaman iribuynuzlu heyvanın arxa ətrafında qapalı sınığın olduğu, kəsildikdən sonra isə daxili orqanlarının və heyvan cəmdəyinin insan istehlakı üçün yararsız olduğunu müəyyən edib.

Aşkar olunan faktla bağlı qanunvericiliyin tələbləri çərçivəsində istehlaka yararsız ümumi çəkisi 88 kq ət məhv edilib.

Agentlik qanunsuz heyvan kəsimi fəaliyyəti ilə məşğul olan şəxsləri qanunvericiliyin tələblərinə əməl etməyə və qanunazidd fəaliyyətdən yayınmağa çağırır.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR