İnsanlara hürriyət, millətlərə istiqlal!

Bərbərxanaya silahlı hücum - Təraş olan kişini belə güllələdilər (ANBAAN VİDEO)

1112 27.08.2022 15:23 Hadisə A A

İstanbulun mərkəzi küçələrindən birində motosikletli 2 nəfər bərbərxanaya silahlı hücum edib.

Musavat.com xəbər verir ki, hücum zamanı içəridə təraş olan bir şəxs yaralanıb.

Müştəri oturacağında oturan Emrah Özbeki (37) ayağından yaralayıb. Şübhəli daha sonra hadisə yerinə birlikdə gəldiyi digər şəxsin istifadə etdiyi motosikletə minərək oradan qaçıb. Hücum zamanı yaralanan Emrah Özbek qanlar içində yerə yıxılıb.

Çox qan itirdiyini görən yerli sakinlərdən biri Emrah Özbəyi şəxsi maşını ilə xəstəxanaya aparıb. Bu arada polis şübhəlilərin müəyyən edilərək tutulması istiqamətində işlərə başlayıb.

Hücumu təşkil edən motosikletçilərin küçəyə girdiyi anlar bir iş yerinin təhlükəsizlik kamerasına əks olunub.

Görüntülərdə ətrafdakıların təşviş içində qaçdığı anlar görüntülənib.

Sözügedən hadisənin görüntülərini təqdim edirik:

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR