İnsanlara hürriyət, millətlərə istiqlal!

Bencamin Matevosyan: “Paşinyan hansı ərazidə baş nazirdir?”

697 25.12.2023 14:17 Region A A

“Çoxları artıq unudub, lakin 2022-ci ildə KTMT-dən kömək almaqdan imtinanın rəsmi səbəbi Nikol Paşinyanın sözlərinə görə, “KTMT Ermənistanın dəqiq sərhədlərini qeyd etmir, onun məsuliyyət sahəsini müəyyənləşdirmir” sözləri olmuşdu. Bu isə öz növbəsində KTMT-nin Ermənistanın maraqlarına zidd fəaliyyət göstərməsi anlamına gəlirdi”.

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bu barədə yerli politoloq Bencamin Matevosyan Telegram kanalında yazıb.

“Bununla bağlı məntiqi sual yaranır - Paşinyanın özü kimin maraqlarına zidd hərəkət edir? Ötən cümə günü o, Alen Simonyanın ağzı ilə delimitasiya və demarkasiya prosesinin  illərlə davam edə biləcəyini bəyan edib.

Yəni KTMT-ni “Ermənistanın sərhədlərini tanımamaqda və öz məsuliyyət zonasını bilməmək”də suçlayan Paşinyan Azərbaycanla eyni sərhədləri müəyyən etmədən “sülh müqaviləsi” imzalamağa hazırdır. Belə çıxır ki, Nikol Paşinyan özü də Ermənistanın sərhədlərini tanımır. Əgər o, onları tanımırsa və Ermənistan Respublikasının sərhədlərini müəyyən etmədən “sülh müqaviləsi” imzalamağa hazırdırsa hansı ərazidə baş nazirlik edir?”,-deyə erməni ekspert yazıb.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR