Bekhemlərin kiçik oğlu Kruz Bekhem qardaşı Bruklin Bekhemin qalmaqallı açıqlamalarından sonra ilk dəfə görüntülənib.
Musavat.com xəbər verir ki, 20 yaşlı Kruz Bekhem və özündən 10 yaş böyük sevgilisi Ceki Apostel Londonda kameralara tuş gəlib.
Qeyd edək ki, dünyaca məşhur keçmiş futbolçu Devid Bekhemin böyük oğlu Bruklin Bekhem son dövrlər həm şəxsi həyatı, həm də karyera seçimləri səbəbilə ailəsi ilə fikir ayrılıqları yaşadığı iddialarıyla gündəmə gəlmişdi. Xüsusilə Bruklinin həyat yoldaşı Nikola Peltslə Bekhem ailəsi arasındakı soyuq münasibətlər ictimaiyyətin diqqətindən qaçmamışdı. Ailəyə yaxın mənbələr ata–oğul arasında zaman-zaman fikir ayrılıqları yaşandığını, lakin münasibətlərin tamamilə qırılmadığını bildirirdi.
Lakin Bruklin Bekhemin son açıqlaması vəziyyətin ciddi olduğunu göstərib. O, ailəsi ilə bütün əlaqələri kəsdiyini açıqlayaraq belə deyib:
“Həyat yoldaşım nə qədər anlayışlı olmağa çalışsa da, ailəm tərəfindən davamlı olaraq hörmətsizliyə məruz qalıb. Anam keçmişdə həyatımda olmuş qadınları bizi bilərəkdən narahat edəcək şəkildə yenidən həyatımıza daxil edib. Ailəm öz brendlərinin tanıdılması və reklam müqavilələrini hər şeydən üstün tutur. Həyat yoldaşımın məni idarə etdiyi ilə bağlı yayılan söz-söhbətlər isə tamamilə əsassızdır”.
Bruklin Bekhem bildirib ki, ailəsinin Nikola Peltsə qarşı illərdir məsafəli və hörmətsiz davranışı, xüsusilə toy prosesi və xüsusi günlərdə yaşanan hadisələr münasibətlərdə dönüş nöqtəsi olub.
Könül
Musavat.com









