İnsanlara hürriyət, millətlərə istiqlal!

BDU-nun professorunun ölüm səbəbi açıqlandı - Bir maşın yol verdi, o biri vurdu

1401 21.10.2022 15:00 Hadisə A A

Bakıda piyadanın ölümü ilə nəticələnən yol qəzası baş verib.

Musavat.com qafqazinfo-ya istinadən xəbər verir ki, Binəqədi rayonu, 9-cu mikrorayon Mir Cəlal küçəsində "Land Rover" markalı avtomobil piyada keçidində saxlayaraq yolu keçən piyadaya yol verən "AZSamand"a çırpılıb. Zərbənin təsirindən "AZSamand" hərəkət edərək yolu keçən piyada Oqtay Qarabəylini vurub. Ağır vəziyyətdə özəl klinikalardan birinə çatdırılan piyada orada vəfat edib.

Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.

Qeyd edək ki, Oqtay Qarabəyli elmlər doktoru, Bakı Dövlət Universitetinin dosentidir.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR