İnsanlara hürriyət, millətlərə istiqlal!

Baydeni əvəz edən Kamala Harrisin sirli, mürəkkəb və heyrətamiz HƏYAT YOLU – DOSYE  

2807 22.07.2024 11:44 Siyasət A A

 

Xəbər verdiyimiz kimi ABŞ prezidenti Co Bayden X şəbəkəsindəki mikrobloqunda Kamala Harrisin ABŞ prezidentliyinə namizədliyini irəli sürdüyü barədə bəyanat yayıb.

O, bəyanatında Harrisi ən uğurlu namizəd kimi dəyərləndirib: “Mənim demokrat yoldaşlarım, mən namizədliyimi irəli sürməmək qərarına gəldim və səlahiyyət müddətimin qalan hissəsində bütün enerjimi Prezidentin vəzifələrini yerinə yetirməyə yönəldəcəyəm. 2020-ci ildə partiya namizədi kimi ilk qərarım Kamala Harrisi vitse-prezident seçmək oldu. Və bu, indiyə qədər verdiyim ən yaxşı qərar idi. Bu gün Kamalanın bu il partiyamızın namizədi olmasına tam dəstəyimi bildirmək istəyirəm. Demokratlar, birləşmək və Trampı məğlub etmək vaxtıdır. Gəlin bunu edək”.

Bəs Kamala Harris kimdir?

Musavat.com sirli və mürəkkəb həyatı olan Harrisin dosyesini təqdim edir:

Kamala Harris 20 oktyabr 1964-cü ildə ABŞ-ın Oklend şəhərində mühacir ailəsində anadan olub. Anası Hindistandan ABŞ-yə tələbə olaraq gələn bioloq, atası isə Yamaykadan ABŞ-yə təhsil almaq üçün gələn qaradərili iqtisad professorudur.

O, 1986-cı ildə siyasi elmlər və iqtisadiyyat üzrə təhsil alıb.

Kamala Harris siyasətə ilk addımını 2010-cu ildə atıb. O, Kaliforniya Baş Prokurorluğuna namizədliyini verərək əyalət tarixində seçilən ilk qaradərili və ilk qadın olub. 2014-cü ildə ikinci dövr əyalət prokurorluğuna yenidən seçilən Harris 2016-cı ildə keçirilən prezident seçkilərində Kaliforniyadan Konqresə girən ilk Cənubi Asiya mənşəli və ikinci qaradərili senator olub.

Bundan sonra Harris ABŞ Senatına keçib. 2016-cı ildə Kaliforniyadan ilk “ağ olmayan” senator adını qazanıb. Senatda çalışarkən Kamala Harris prezident Donald Trampı hər zaman kəskin tənqid edib. 2019-cu ildə Harris ABŞ-ın ən liberal senatoru kimi qiymətləndirilib.
2020-ci il ABŞ prezident seçkilərində o, seçki yarışına qatılacağını açıqlayıb. Kamala Harris ABŞ-ın 49-cu vitse-prezidentidir.

Kamala Harris prezidentliyə namizədliyini irəli sürmək planlarını açıqladıqdan cəmi beş saat sonra amerikalılar onun seçki kampaniyası üçün rekord məbləğdə -46.7 milyon dollar toplayıblar.

Harris ermənipərəst mövqeyi ilə də hər zaman seçilib.

Siyasi karyerasına başladığı ilk dövrlərdə 1915-ci il hadisələrinin “erməni soyqırımı” kimi tanınması üçün dəstək verib və senator olduğu müddətdə ABŞ prezidenti Donald Trampın Yaxın Şərq siyasəti haqda tənqidlər səsləndirib.

Harris 2016-cı ildə verdiyi bir bəyanatda “Prokurorluq və Kaliforniya ştatının ədliyyə naziri vəzifələrini tutduğum dövrlərdə olduğu kimi Senatda bəşəriyyət tarixinin ən qaranlıq dövrlərindən biri olan “erməni soyqırımı”nın uyğun formada tanınması və nəticə əldə etmək üçün erməni ictimaiyyətinin yanında olacağam” demişdi.

Bundan başqa Harris 2019-cu ildə ABŞ senatında 1915-ci il hadisələrini “erməni soyqırımı” kimi tanıyan qanun layihəsinə imza atıb:

“Keçmişimizlə əlaqədar, bunları təkrarlamaq üçün hər zaman müzakirə etməyimiz lazımdır. Bəşəriyyət tarixinin ən qaranlıq səhifələrindən biri olan “erməni soyqırımı”nı tanıyaraq, həyatını itirənləri şərəfləndirir və insan haqlarını qoruma qətiyyətimizi müəyyən edirik”,-deyə bildirib.

Harris eyni zamanda LGBT-ni də sıx dəstəkləməsi ilə yaddaşlarda qalıb. Ekspertlər hesab edirlər ki, bu nüans da onun seçkilərdə qalib gəlmə şansını artırır. Çünki Harris bu mövzudan da öz xeyrinə çox ustalıqla istifadə etməyi bacarır.

Onu da qeyd edək ki, Bayden də hər zaman erməni lobbisi ilə sıx çalışıb...

55 yaşlı Harris 2014-cü ildən vəkil Duqlas Emhoff ilə evlidir. Harris Emhoffun əvvəlki evliliyindən iki uşağının ögey anasıdır.

 

Musavat.com

 

  



Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR