İnsanlara hürriyət, millətlərə istiqlal!

Baydendən əməliyyat SİQNALI - ABŞ bu addımları atacaq

725 28.12.2023 12:51 Dünya A A

ABŞ-ın İraq və Suriyadakı bazalarına hücumların artmasının ardından prezident Co Bayden hərəkətə keçib.

Musavat.com xarici KİV-ə istinadən xəbər verir ki, o, bu ölkələrdəki bazaları qorumaq üçün əməliyyat təşkil edə biləcəyinə işarə edib.

Bayden Konqresə yazdığı məktubunda xatırladıb ki, iranyönlü milis qrupları İraq və Suriyada ABŞ personalına və obyektlərinə qarşı silsilə hücumlar həyata keçiriblər:

"Bu hücumlar ABŞ personalının yaralanması ilə nəticələnib. Bu, ABŞ qüvvələri ilə yanaşı xidmət edən koalisiya qüvvələrinin həyatını ciddi təhlükə altında qoyub".

Bayden məktubunda ABŞ ordusunun onun əmri ilə İraq və Suriyadakı milis qruplarına qarşı hücumlar həyata keçirdiyini bildirib:

"Əməliyyatın məqsədi İranın dəstəklədiyi milis qruplarını ABŞ personalı və obyektlərinə qarşı yeni hücumlar həyata keçirməkdən çəkindirmək olub".

Bayden hücumların konstitusiya çərçivəsində, beynəlxalq hüquqa uyğun olaraq və ABŞ-ın özünümüdafiə hüququndan istifadə edərək həyata keçirildiyini bildirib.

Onun sözlərinə görə, Birləşmiş Ştatlar gələcək təhdidlər və ya hücumlar halında lazımi və uyğun addımlar atacaq.

Qeyd edək ki, İsrailin Qəzza zolağındakı əməliyyatlarından sonra ABŞ-ın rəhbərlik etdiyi beynəlxalq koalisiya qüvvələrinin İraq və Suriyadakı bazalarına hücumlar artmağa başlayıb. Hücumların əksəriyyətini İran tərəfdarı şiə milis qruplarının çətiri altında "İraq İslami Müqaviməti" adlı qrup öz üzərinə götürüb.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR