İnsanlara hürriyət, millətlərə istiqlal!

Bayden, yoxsa Tramp? - NƏTİCƏLƏR açıqlandı

1148 21.07.2024 19:41 Dünya A A

ABŞ-da Tramp və Baydenin reytinqləri ilə bağlı "ABC News" və "Ipsos"un yeni araşdırması dərc edilib.

Musavat.com xəbər verir ki, 19-20 iyul tarixlərində onlayn şəkildə 1141 iştirakçını əhatə edən sorğunun nəticələrini ABC telekanalı yayıb.

Sorğu göstərib ki, sui-qəsd cəhdindən və Respublikaçıların Milli Konvensiyasından sonra Trampın nüfuzu xeyli artıb. Belə ki, onun reytinqi 40 faizə yüksəlib. Bu, onun son dörd ildə ən yüksək reytinqidir. Son dörd ilin böyük bir hissəsində o, 30 faizə qədər diapazonda dəyişib.
Trampın hazırkı təsdiq reytinqi 2020-ci ilin avqustunda qeydə alınan rekord 42 faizə yaxındır. Həmin vaxt sorğu "ABC News" və "Washington Post" tərəfindən aparılmışdı.

Sorğu həmçinin müəyyən edib ki, amerikalıların əksəriyyəti prezident Co Baydenin yarışdan çıxmasını istəyir. Hazırkı prezidentin rəğbət reytinqi 32 faizdir, vətəndaşların 55 faizi isə onun haqqında mənfi fikirdədir.

Demokratların 60 faizi hesab edir ki, Bayden yarışı tərk etməlidir. Demokratlardan (39 faiz) bir qədər çox respublikaçı (44 faiz) düşünür ki, prezident seçki kampaniyasını davam etdirməlidir. Bu, Tramp kampaniyasında çoxlarının Baydeni məğlub etməyin alternativ namizəddən daha asan olacağına inamını təsdiqləyir.

Amerikalıların yarısından çoxu – 55 faizi Demokratlar Partiyasından prezidentliyə namizəd kimi Baydendən narazı qaldıqlarını deyir. Digər tərəfdən, demokratların əksəriyyəti (58 faiz) Baydenin partiyalarının namizədi olmasından razı qalacaqlar.

Amerikalıların daha 15 faizi həm Tramp, həm də Bayden haqqında mənfi fikirdədir.

Amerikalıların 38 faizi hesab edir ki, Tramp ölkəni prezident kimi birləşdirmək üçün Baydendən daha yaxşı iş görəcək, 31 faiz isə bu məsələdə Baydenə daha çox güvənir. Amerikalıların daha 29 faizi hər ikisinə inanmadıqlarını deyir.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR