İnsanlara hürriyət, millətlərə istiqlal!

Bayden tarana gedir! Seçki qərargahı məlumat yaydı

929 21.07.2024 21:16 Dünya A A

ABŞ prezidenti Co Bayden Demokratlar Partiyasına nəzarəti özündə saxlayır və qarşıdan gələn prezident seçkilərində namizəd kimi irəli sürülməsi ilə bağlı artıq qərar verib.

Musavat.com xəbər verir ki, bunu Baydenin seçki qərargahının sözçüsü Sedrik Riçmond CBS televiziyasında deyib.

Baydenin yarışı tərk etməsini tələb edən Demokratların sayının artması onun partiyaya nəzarəti itirməsi anlamına gəlirmi? Bu sualı cavablandıran Riçmond deyib: "Xeyr, bu doğru deyil. O, onların narahatlığını eşidir və qərar verdiyini bildirmək istəyir. Bu qərar odur ki, namizədliyi qəbul edəcək, yenidən seçiləcək və qalib gələcək".

ABŞ-ın vitse-prezidenti Kamala Harrisin Bayden yarışı tərk etdiyi zaman prezidentliyə namizəd kimi irəli sürülsə, Respublikaçı Donald Trampı məğlub edə biləcəyinə inanıb-inanmadığı sualına Riçmond “Bayden-Harris kampaniyasının” bunu edə biləcəyinə əmin olduğunu bildirib: “Biz heç vaxt bunun sadə bir seçki yarışı olacağını düşünməmişik, amma biz noyabrda qələbə qazana biləcəyimiz bir kampaniya hazırlayırıq”.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR