İnsanlara hürriyət, millətlərə istiqlal!

Bayden süni tənəffüs aparatı ilə yatır - ABŞ liderinə nə olub?

948 04.07.2023 08:00 Gündəm A A

 

 

 

Politoloq Qabil Hüseynli: “Baydenin yenidən prezident seçilə bilməsi məsələsi problemli görünür, çünki... ”

 

ABŞ Prezidenti Co Baydenin səhhəti ilə bağlı maraqlı detallar üzə çıxıb. Amerika mediası son vaxtlar prezidentin sifətindəki qəribə izlərə diqqət yönəldib.

 

Ağ Evdən verilən məlumatda isə deyilir ki, Baydenin üzündəki izlər yatarkən istifadə etdiyi süni tənəffüs aparatının (STA) istifadəsi nəticəsində yaranıb. Administrasiya rəsmisi bildirib ki, 80 yaşlı prezident Co Bayden yuxu apnesi (yuxuda nəfəs kəsilməsi) səbəbindən gecələr oksigen maskası ilə yatır. Ağ Evin sözçüsünü dediyinə görə, 2008-ci ildən bəri Bayden yuxu apnesi problemindən əziyyət çəkir və çıxışından əvvəlki gecə bu problem baş qaldırdığı üçün oksigen maskası taxaraq yatıb.

Maraqlıdır ki, Baydenin son sağlamlıq hesabatının xülasəsində onun yuxu apnesi problemindən əziyyət çəkdiyi qeyd edilməyib. ABŞ tarixinin ən yaşlı prezidenti olan Baydenin yaşına və səhhətinə görə bu vəzifəyə uyğun olub-olmadığı müzakirə olunur.

Bəs hansı xəstəliklərdə süni tənəffüs aparatından istifadə qaçılmazdır? Baydenin sağlıq durumu bu xüsusda necə qiymətləndirilir? O, nədən əziyyət çəkir?

Xatırladaq ki, bu ilin martında Baydendə dəri xərçəngi aşkarlanıb. Şiş əməliyyat nəticəsində çıxarılıb. Bəs rahatsızlıqlar dəri xərçənginin təsiri ilə bağlı ola bilərmi?

Ramin Nəriman - E-tibb.az

Həkim Ramin Nəriman: “Tənəffüs yollarının qapanması zamanı insan 4-5 saniyədən sonra ayılmasa, ölə bilər...”

Tanınmış allerqoloq-pulmonoloq Ramin Nəriman mövzu ilə bağlı “Yeni Müsavat”a danışıb. Həkim qeyd edib ki, oksigen maskası ilə süni tənəffüs aparatı tamamilə fərqlidir:

“Oksigen maskası insanların düşündüyü tənəffüs aparatı deyil. Yəni oksigen maskası, sadəcə, hava alıb-vermək üçündür. Süni tənəffüs aparatı tamamilə başqa anlayışdır, oksigen maskası isə köməkçi vasitə kimi istifadə olunur. Adətən insan yaşlandıqca əzələ tonusu düşür, dilçək tənəffüs yolunu bağlayır. Və yaxud hansısa xəstəliklə əlaqədar insan gecə nəfəs ala bilmir, qəfil ölüm baş verə bilir. Bunun üçün oksigen maskasından istifadə olunur, bu zaman insan iradəsindən asılı olmayaraq nəfəs alıb-verir.

Qeyd edim ki, bəzən 15 yaşlı insanın belə oksigen maskasına ehtiyacı ola bilir. Bu adətən hansısa xəstəliklə və yaxud yaşla, əksər hallarda artıq çəki ilə bağlı olur. Yaş artdıqca oksigen maskasına ehtiyac daha da artır.

Yuxu apnesi sindromu deyilən bir anlayış var. Bu zaman mexaniki surətdə tənəffüs yollarının qapanması baş verir. Əgər insan 4-5 saniyədən sonra ayılmasa, tənəffüs yolu bərpa olunmasa, insan ölə bilər.

Bu maska tipləri üzə bağlanır, üz tamamilə dartılır. Rezinlər bərk bağlanır ki, hava qaçması olmasın. Ona görə də üzdə izlər yaranır".

Onu da yada salaq ki, gələn ilin noyabrında ABŞ-da növbəti prezident seçkiləri keçiriləcək. 80 yaşlı Bayden növbəti müddətə də öz postunda qalmaq istəyini ortaya qoyub. Mümkün olacaqmı? 

Bu arada ABŞ-ın sabiq prezidenti Donald Trampın administrasiyasında müdafiə nazirinin keçmiş müşaviri olmuş, istefada olan polkovnik Duqlas Makqreqor bildirib ki, Bayden çətin ki, 2023-cü ilin sonuna qədər vəzifəsində qala bilsin. “Qoca Baydenin ilin sonunadək duruş gətirə biləcəyinə inanmaqda çətinlik çəkirəm. O, açıq-aydın karton fiqurdan başqa bir şey deyil. Ona, sadəcə, oxumaq üçün kağızlar verirlər. O, öz gücünün son nöqtəsindədir”, - deyə o iddia edib.

Makqreqorun sözlərinə görə, ABŞ-ın vitse-prezidenti Kamala Harris isə Baydeni əvəz etmək iqtidarında deyil. “Beləcə, bizdə siyasi boşluq yaranıb”, - keçmiş müşavir əlavə edib.

Baydenin yaşla əlaqədar demensiyadan (yaddaşsızlıqdan) əziyyət çəkdiyi də sirr deyil.

Baydenin ilin sonanadəkmi vaxtı qalıb?

Bakupost.az - "Onun əlləri dirsəyə qədər qana batıb" - Qabil  Hüseynli

 Qabil Hüseynli 

 Politoloq Qabil Hüseynli mövzu ilə bağlı qeyd edib ki, qoca Bayden ilin sonunadək duruş gətirə bilər: “Məlum olduğu kimi, Baydendə altsheymer xəstəliyi var. Zaman-zaman onda yaddaşsızlıq, lazım olan bilgilərin vaxtında təqdim edə bilməməsi müşahidə olunur. Son zamanlar isə belə məlum olur ki, Bayden həmçinin dəri xərçəngindən də əziyyət çəkir və bununla bağlı terapiya aparılıb. İndi də Ağ Ev təsdiqləyib ki, Bayden gecələr oksigen aparatına qoşulur, bu da beyində oksigen çatışmazlığı, beyin-qan damarının normal işləməməsi ilə bağlıdır. Bütün bunlar təsdiqləyir ki,  80 yaşını haqlamış Baydendə ciddi xəstəliklər var. Amma Ağ Evdən bildirirlər ki, bu xəstəliklər Baydenin öz funksiyasını yerinə yetirməsinə mane olmur. Beləliklə,  Ağ Evin bəyanatı onu göstərir ki, Bayden sona qədər öz vəzifəsində qala bilər, qalacaq və onun əvəzlənməsinə ehtiyac olmayacaq.

Amma o ki qaldı yenidən prezident seçilməsinə, bu məsələ problemli görünür. Çünki Amerika  prezidentliyinə namizəd seçilənlər sağlamlıqları  haqqında tələb olunan şəkildə arayış təqdim edirlər. Yəni Amerika prezidenti kimi mürəkkəb bir vəzifəni yerinə yetirmək üçün fiziki və əqli keyfiyyətlərə malik olduqlarını sübut etməyə bocludurlar. Əgər mütəxəssislər təsdiqləyərsə ki, Baydenin sağlamlığını buna yol vermir, o zaman onun namizədliyi  qeydə alınmaya bilər.

Ona görə də Bayden özünün prezidentliyə namzədliyini irəli sürsə belə, bu baş tutmayacaq və Demokratlar Partiyası Baydenin əvəzinə prezidentliyə yeni namizədi irəli sürmək məcburiyyəti qarşısında qalacaq".

Xalidə GƏRAY,
“Yeni Müsavat”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR