İnsanlara hürriyət, millətlərə istiqlal!

Bayden rəsmən açıqladı: Prezidentliyə namizəd olacaq

299 25.04.2023 16:56 Son xəbər A A

ABŞ prezidenti Cozef Bayden gələn il ölkədə keçiriləcək prezident seçkilərində namizədliyini irəli sürəcəyini bu gün rəsmən təsdiqləyib.

Bu barədə Ağ Evin mətbuat xidməti məlumat yayıb. Bayden seçicilərinə videomüraciətində deyib: “Mən yenidən ABŞ prezidenti seçilmək üçün namizədəm. Qarşımızda dayanan sual isə ondan ibarətdir ki, qarşıdakı illərdə biz daha çox azadlığa sahib olacağıq, yoxsa yox. İndi arxayınlaşmaq vaxtı deyil”.

Qeyd edək ki, Ağ Evin yüksəkvəzifəli məmuru Culi Çaves Rodriges Cozef Baydenin 2024-cü ildə yenidən ABŞ prezidenti seçilməsi üçün onun seçkiqabağı kampaniyasına rəhbərlik edəcək. Çaves Rodriges hazırda prezidentin baş müşaviri və köməkçisi, habelə Ağ Evin Hökumətlərarası əlaqələr idarəsinin direktorudur. O, leyboristlərin lideri və vətəndaş hüquqları müdafiəçisi Sezar Çavesin nəvəsidir.

 

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR