İnsanlara hürriyət, millətlərə istiqlal!

Bayden onu ZORLA RAZI SALDI: "Qırıcılar çoxdan havaya qalxmışdı"

835 24.12.2023 16:10 Dünya A A

ABŞ-ın “Wall Street Journal” nəşri İsrailin oktyabrın 7-də başlayan münaqişədən bir az sonra Livandakı Hizbullah hədəflərinə hücum etməyi planlaşdırdığını yazıb.

Musavat.com xəbər verir ki, nəşrin iddiasına görə, İsrailin baş naziri Benyamin Netanyahu İsrail Müdafiə Qüvvələrinin Livana “önləyici hücum” etməsini istəyib, lakin ABŞ prezidenti Co Bayden 45 dəqiqəlik telefon danışığı ilə Netanyahunu hücumu həyata keçirməməyə razı salıb.

"Oktyabrın 11-də Bayden və Netanyahunun telefon danışığı zamanı İsrail döyüş təyyarələri çoxdan havaya qalxaraq hücuma hazır idi. Bayden Netanyahudan bu hərəkətinin nəticələrini yenidən nəzərdən keçirməsini istəyib" - WSJ yazıb.

Xəbərdə sözügedən telefon danışığının indiyə qədər rəsmi açıqlanmadığı vurğulanıb.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR