İnsanlara hürriyət, millətlərə istiqlal!

Bayden həyat yoldaşını Meksika prezidentinə qısqandı

909 18.11.2023 22:00 Dünya A A

ABŞ prezidenti Co Bayden etiraf edib ki, həyat yoldaşı Cil Baydeni Meksika rəhbəri Andrés Manuel López Obradora qısqanıb.

Bu barədə "Daily Mail" yazıb. ABŞ liderinin sözlərinə görə, meksikalı həmkarı ilə görüşü zamanı həyat yoldaşı Cill Bayden Latın Amerikası dövlətinin liderini bəyəndiyini deyib.

“Dünən axşam nahar etdik. Sən mənim həyat yoldaşımın yanında oturmuşdun və o qədər cazibədar idin ki, onun səni məndən çox bəyənməsindən narahat oldum”, - Bayden zarafat edib.

Cavabında Meksika lideri nəzakətlə gülümsəyib və bu açıqlamaya münasibət bildirməyib.

Xatırladaq ki, ABŞ Konqresi Baydenin "idrak qabiliyyətlərinin zəiflədiyindən" narahat olduğunu bildirmişdi. Amerika Konqresinin Nümayəndələr Palatasının yeni spikeri respublikaçı Mayk Conson izah edib ki, senatorların əksəriyyəti bu fikirdədir Üstəlik, məsələ Baydenin şəxsiyyəti və xarakteri ilə deyil, yaşı ilə bağlıdır.//Publika.az

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR