İnsanlara hürriyət, millətlərə istiqlal!

Bayden 2023-cü ilin ən uğursuz siyasətçisi elan edildi

371 25.12.2023 11:58 Dünya A A

ABŞ prezidenti Co Bayden 2023-cü ilin ən uğursuz siyasətçisi elan edilib.

Musavat.com xəbər verir ki, bununla bağlı “Fox News” kanalı xüsusi məlumat yayıb.

“Bu il ABŞ silahlı qüvvələrinin 80 yaşlı Ali Baş Komandanı impiçment təhlükəsizliyi ilə üzləşib və hazırda seçicilər arasında reytinqləri yerdə sürünür”, - deyə kanal öz seçimini bu sözlərlə izah edib.

Qeyd olunur ki, amerikalıların təkcə Baydenin yaşı və vitse-prezident olduğu zaman korrupsiyada əli olması ilə bağlı deyil, həm də Yaxın Şərq münaqişəsində İsrailə dəstəyi ilə əlaqədar ciddi sualları yaranıb. Baydenlə yanaşı, siyasi uğursuzlar siyahısında 2023-cü ilin oktyabrında vəzifəsindən uzaqlaşdırılan Nümayəndələr Palatasının keçmiş spikeri Kevin Makkarti, dələduzluqda ittiham olunan konqresmen Corc Santos və Virciniya qubernatoru Qlenn Yanqkin də var.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR