İnsanlara hürriyət, millətlərə istiqlal!

Bastırkin: Terrorçular sifarişçilərin kimliyini deyiblər

3542 25.03.2024 23:54 Dünya A A

Rusiya İstintaq Komitəsinin rəhbəri Aleksandr Bastırkin prezident Vladimir Putinə məruzəsində bildirib ki, “Krokus”da baş verən terror aktı diqqətlə planlaşdırılıb, bütün təqsirləndirilən şəxslər dindirilərkən öz günahlarını etiraf ediblər.

“Kommersant” nəşrinin yazdığına görə, Bastırkin təqsirləndirilən şəxslərin sifarişçilər və onun hazırlanmasında köməklik edən şəxslər barədə ətraflı ifadə verdiyini də qeyd edib: “Terrorçular saxlanılan zaman onlardan iki AK-74, 500-dən çox patron, 28 jurnal və benzin qalıqları olan şüşələr götürülüb– bunlardan konsert zalını yandırmaq üçün istifadə edilib.

Hücum nəticəsində üçü uşaq olmaqla 139 nəfər həlak olub. İki nəfər xəstəxanada dünyasını dəyişib. Artıq 75 nəfərin şəxsiyyəti müəyyən edilib”.

Komitə rəhbərinin açıqladığı məlumatdan aydın olur ki, ölənlərin ümumi sayından 40 nəfər güllə yarasından, 45 nəfər isə yanğından dünyasını dəyişib.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR