İnsanlara hürriyət, millətlərə istiqlal!

Basqın zamanı ölən və yaralanan şəxslər tanınmış jurnalistin qohumlarıdır - FOTO

2176 24.06.2024 13:44 Kriminal A A

Xəbər verdiyimiz kimi, dünən gecə Şabran rayonunda evə basqın olub.

Musavat.com-un Publika.az-a istinadən məlumatına görə, Şabranın “Üç sotlar” yaşayış massivindəki fərdi yaşayış evlərindən birinə edilən basqın zamanı qətlə yetirilən Hüseynova Gülnarə Şıxkərim qızı və onun həyat yoldaşı 1966-cı il təvəllüdlü Hüseynov Arif Qaspar oğlu tanınmış jurnalist Saray Hüseynovanın (Sara Safura) yaxın qohumlarıdır.

Ağır vəziyyətdə xəstəxanaya aparılan Arif Hüseynov jurnalistin əmisi oğludur.

Qeyd edək ki, Saray Hüseynova uzun illər AzTV-də çalışıb. O, daha sonra müxtəlif media qurumlarında fəaliyyətini davam etdirib.

Hadisəyə gəlincə, polisin keçirdiyi tədbirlərlə cinayət əməlini törətməkdə şübhəli bilinən əvvəllər məhkum olunan 1983-cü il təvəllüdlü Fərzəliyev Elçin Məmmədağa oğlu saxlanılıb, digər şəxsin saxlanılması istiqamətində tədbirlər görülür.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR