İnsanlara hürriyət, millətlərə istiqlal!

BAŞLANDI! İsrail “Hizbullah”ı da BOMBALAYIR, HƏMAS-a isə qurudan, havadan... - CANLI

1291 28.10.2023 12:00 Son xəbər A A

İsrailin müdafiə naziri Yoav Qalant amerikalı həmkarı Lloyd Ostin arasında telefon danışığı baş tutub.

Musavat.com xəbər verir ki, bu barədə Pentaqon məlumat yayıb.

Məlumata görə, tərəflər Qəzza zolağındakı hərbi əməliyyatlar haqda müzakirələr aparıb.

İsrail ordusu Livandan ölkə ərazisinə hücumlara cavab olaraq bu ölkəyə raket zərbəsi endirib. İsrail ordusuna məxsus qırıcı təyyarə "Hizbullah"ın hərbi obyektini gecə saatlarında vurub.

Qeyd edək ki, oktyabrın 7-də HƏMAS İsrailə bir neçə min raket atıb. Bunun fonunda İsrailin milli təhlükəsizlik naziri İtamar Ben-Qvir həmin gün ölkədə fövqəladə vəziyyət elan edib. İsrailin Baş naziri Benyamin Netanyahu ölkənin müharibə vəziyyətində olduğunu bəyan edib.

Qəzzaya qarşı durmadan artan və dünən gecədən şiddətlənən İsrail bombardmanları yenidən qadın, uşaq və günahsız vətəndaşları hədəf alaraq humanitar böhranı dərinləşdirib.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan X hesabında yazıb. “İsrail dərhal bu hücumları dayandırmalıdır”, - paylaşımda qeyd edilib.

TVMusavat-ın bu gün saat 12:00-da canlı yayımlanan “Həftə içi” verilişində aparıcı Emil Salamoğlunun suallarını siyasi ekspert Züriyə Qarayeva cavablandırır.

Facebook səhifəsinin ünvanı:

https://www.facebook.com/NewMusavat

Youtube səhifəsinin ünvanı:

https://www.youtube.com/user/TVmusavat

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR