İnsanlara hürriyət, millətlərə istiqlal!

BAŞLADI! Fransadan ermənilərə raket gəldi, birgə təlimlər olacaq: Azərbaycanla savaş HAZIRLIĞI... - CANLI

1040 24.10.2023 16:00 Son xəbər A A

Müdafiə naziri Sebastyan Lekornu ölkəsi Fransa ilə Ermənistan arasında müdafiə sahəsində əməkdaşlığın 3 istiqamətdə olduğunu bildirib.

Musavat.com xəbər verir ki, nazir bununla bağlı "X" hesabında paylaşım edib.

Ermənistanın özünü müdafiə etmək qabiliyyətinə malik olmasının vacibliyini vurğulayan fransalı nazir ilk istiqamət olaraq Fransanın Ermənistan ordusunun transformasiyasını dəstəklədiyini və bu istiqamətdə Ermənistana yardım etdiyini diqqətə çatdırıb.

Lekornunun sözlərinə görə, bu istiqamətdə Fransa bir sıra addımlar atıb. O, bunlardan 2023-cü ildə Fransanın Ermənistandakı səfirliyinin nəzdində hərbi missiyanın yaradılmasını, fransız zabitin Ermənistan Müdafiə Nazirliyinə hərbi məsləhətçi kimi göndərilməsini, qarşılıqlı səfərləri və görüşləri qeyd edib.

“İkinci istiqamət isə təlimlərdir. Zabit və kiçik zabit hazırlığı məktəbləri ilə əməkdaşlıq, xüsusilə dağ döyüşləri və dəqiq atıcılıq sahələrində əməliyyat hazırlığı dəstələri tərəfindən təlimlər...”, - nazir əlavə bildirib.

O, quru-hava müdafiəsinin gücləndirilməsini üçüncü istiqamət kimi qeyd edib. Lekornu bildirib ki, 3 ədəd GM200 radarının alınması üçün müqavilə və hava hücumundan müdafiə ilə bağlı niyyət məktubu imzalanıb:

“Mistral” raketinin alınmasına dair niyyət məktubunun imzalanması və Ermənistanın yerüstü hava hücumundan müdafiəsinin qarşıdakı auditi qeyd olunmalıdır”, - nazir deyib.

Rusiya Ermənistanın sürücülük vəsiqələrini tanımayacaq. Söhbət sahibkarlıq və əmək fəaliyyəti üçün Ermənistan Respublikasının sürücülük vəsiqəsinin tanınmamasından gedir. Dövlət Dumasının bu məsələni qeyri-müəyyən müddətə təxirə salmaq qərarına gəldiyi bildirilib.

TVMusavat-ın bu gün saat 16:00-da canlı yayımlanan “Həftə içi” verilişində aparıcı Emil Salamoğlu Böyük Azərbaycan Partiyasının sədri Elşad Musayevlə söhbətləşir.

Facebook səhifəsinin ünvanı:

https://www.facebook.com/NewMusavat

Youtube səhifəsinin ünvanı:

https://www.youtube.com/user/TVmusavat

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR