İnsanlara hürriyət, millətlərə istiqlal!

BAŞLADI! ABŞ İranın obyektlərini və SEPAH bazasını BOMBALADI, ölənlər var - Polkovniklə CANLI

1620 09.11.2023 13:06 Son xəbər A A

ABŞ Suriyanın şərqində İranın dəstəklədiyi silahlı qruplaşmaların və SEPAH-ın istifadə etdiyi obyektə hava zərbəsi endirib.

Musavat.com xəbər verir ki, bu barədə məlumatı Pentaqon açıqlayıb.  “The Guardian” nəşri isə regional münaqişə qorxusunun artdığına diqqət çəkib.

Bu, ABŞ-ın son bir həftə ərzində bölgədə həyata keçirdiyi ikinci hava hücumudur. ABŞ-ın Suriyada İran İslam İnqilabı Keşikçiləri Korpusunun və ona bağlı qrupların istifadə etdiyi obyektə endirdiyi zərbə nəticəsində 9 nəfər həlak olub.

ABŞ-nin müdafiə naziri Lloyd Ostin daha əvvəl verdiyi açıqlamada, ABŞ Silahlı Qüvvələrinin Prezident Co Baydenin göstərişi ilə Suriyanın şərqində SEPAH və əlaqəli qrupların özünümüdafiə məqsədilə istifadə etdiyi obyektə zərbələr endirib.

Bundan başqa, ABŞ müdafiə nazirinin Yaxın Şərq üzrə nümayəndəsi Dana Struhl Yaxın Şərqdə böyük eskalasiyanın başlayacağı barədə xəbərdarlıq edib. O, buna səbəb kimi, Rusiyanın zenit-raket sistemlərinin "Hizbullah"a tədarükünü göstərib.

Qeyd edək ki, ötən saatlarda Yəmən üsyançıları (husilər) ABŞ-a məxsus PUA-nı Yəmənin ərazi sularında vurduqlarını iddia edib, ABŞ da PUA-nın Yəmən sahillərində qəzaya uğradığını təsdiqləyib.

TVMusavat-ın bu gün saat 13:30-da canlı yayımlanan “Həftə içi” verilişində aparıcı Emil Salamoğlunun suallarını polkovnik Şair Ramaldanov cavablandırır.

Facebook səhifəsinin ünvanı:

https://www.facebook.com/NewMusavat

Youtube səhifəsinin ünvanı:

https://www.youtube.com/user/TVmusavat

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR