İnsanlara hürriyət, millətlərə istiqlal!

Baş redaktor müavini evində ölü tapıldı

1084 13.12.2023 15:09 Hadisə A A

Rusiyanın "Komsomolskaya pravda" qəzetinin baş redaktor müavini Anna Tsareva Moskvadakı mənzilində ölü tapılıb.

Bu barədə Rusiyanın hüquq-mühafizə orqanları məlumat yayıb.

Bildirilib ki, qızları ilə uzun müddət əlaqə saxlaya bilmədiklərinə görə narahat olan valideynləri mənzildə 35 yaşlı qadının meyitini aşkarlayıblar. Tsarevanın bundan əvvəl özünü pis hiss etdiyi və yüksək hərarətdən şikayət etdiyi qeyd olunub.

Həmçinin, mənzildə hər hansı mübarizə izləri, yaxud zorakı ölüm əlamətləri aşkarlanmayıb. Polis bu faktlar üzrə araşdırmaya başlayıb.//Trend

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR