İnsanlara hürriyət, millətlərə istiqlal!

Baş Qərargahın yeni rəisi Paşinyanın istefasını tələb edən general olub

677 15.07.2022 10:35 Region A A


Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargahının yeni rəisi, general-mayor Edvard Asryan barədə yeni məlumat yayılıb.

Modern.az xəbər verir ki, “Hraparak”ın məlumatına görə, bundan əvvəl Silahlı Qüvvələrin rəis müavini olmuş Edvard Asryan daha öncə Baş Əməliyyat İdarəsinin əməliyyat şöbəsinin rəisi də işləyib.

Qəzet yazır ki, Edvard Asryan 44 günlük müharibədən sonra, 2021-ci ilin fevralında Ermənistanın baş naziri və hökumətini tənqid edərək, Nikol Paşinyanın istefasını tələb edən generallardan biri olub.

2021-ci ilin sentyabrında isə onu Silahlı Qüvvələrin rəis müavini postundan azad ediblər. Buna isə Edvard Asryanın keçmiş müdafiə naziri, parlamentdəki “Hayastan” fraksiyasının rəhbəri Seyran Ohanyanı “cənab general” adlandırması səbəb olub. Onun bu müraciəti parlamentin Milli Müdafiə və Təhlükəsizlik Məsələləri Komitəsinin sədri Andranik Köçəryanın xoşuna gəlməyib.


Xatırladaq ki, Ermənistan prezidentinin dünən imzaladığı fərmanı ilə Edvard Asryan Silahlı Qüvvələrin Baş Qərargahının rəisi təyin edilib.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR