İnsanlara hürriyət, millətlərə istiqlal!

“Barselona”nın müdafiəçisi əməliyyat olundu

341 31.01.2024 19:21 İdman A A

"Barselona"nın sol cinah müdafiəçisi Aleks Balde Finlandiyada uğurlu əməliyyat keçirib. Bir həftə əvvəl "Atletik"lə kubok matçında (2:4) 20 yaşlı futbolçu sağ bud nahiyəsindən ciddi zədə alıb. Futbolçu bu mövsümün qalan hissəsini buna görə buraxmalı olacaq.

Musavat.com oxu.az-a istinadən bildirir ki, Balde "Barselona" məzunudur. Bu mövsüm müdafiəçi bütün turnirlərdə 28 oyun keçirib, bir qol vurub və bir məhsuldar ötürmə edib. Futbolçunun Kataloniya klubu ilə müqaviləsi 2028-ci ilin iyun ayının sonuna kimi qüvvədədir.

Transfermarkt internet portalına görə futbolçunun təxmini dəyəri 50 milyon avrodur.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR